Paşinyanı sülhdən qaçaq salan ŞOK SƏBƏB - "Kılıçdaroğlu sevdası"

Paşinyanı sülhdən qaçaq salan ŞOK SƏBƏB - "Kılıçdaroğlu sevdası"Düşünürəm ki, mayın 10-dan etibarən Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsini şərh edərkən 2 əsas məqama diqqət yetirməliyik.

Bunu siyasi analitik Elşən Məcidov deyib.

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında mayın 14-də keçiriləcək Brüssel görüşü ərəfəsində cəbhədə durumun ağırlaşmasına münasibət bildirən ekspert gərginliyin məhz Paşinyanın Rusiyaya "Parad səfəri"ni yekunlaşdırdıqdan sonra başlamasına diqqət çəkib:

"Bildiyiniz kimi, Vaşinqton görüşünə görə Rusiya Ermənistana bütün təzyiqləri göstərdi. Məsələn, 1-4 may aralığında Ermənistana qaz axınını dayandırdı, "Metsamor" AES-i 75 günlük təmirə bağladı. Həmçinin Ermənistandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarını Gürcüstanda Yuxarı Lars yolundakı nəzarət-buraxılış məntəqəsində bir neçə gün saxladı. Bütün bunlardan əlavə, ultimativ formada tələb etdi ki, Paşinyan Rusiyaya getsin və ABŞ-da danışılanlar orada müzakirə olunsun. Yəni belə qənaətə gəlmək olar ki, günlərdir təmas xəttində yaşanan gərginlik Rusiyanın Vaşinqton görüşünə aqressiyasının təzahürüdür".

E.Məcidov qeyd edib ki, ABŞ administrasiyası əslində Brüssel görüşünü Vaşinqtonda təşkil olunan dördgünlük görüşlərin davamı, daha doğrusu, özünün diplomatik qüdrət göstəricisi hesab edir. Ermənistan isə təbii ki, ona qarşı açıq-aşkar şəkildə hörmətsizlik edə bilməzdi. Odur ki, Paşinyan Brüssel görüşündən cəbhədəki təxribatlarla yayınmağa çalışır.

Politoloqun sözlərinə görə, təmas xəttindəki gərgin vəziyyətin əsaslandığı daha bir faktor Türkiyədə sabah baş tutacaq prezident seçkiləridir. Belə ki, Ermənistan rəhbərliyi qardaş ölkədə siyasi durumun dəyişəcəyini düşünür. Onlar özlərini aldatmağa çalışır ki, Kamal Kılıçdaroğlu prezident seçiləcək, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq bağları qırılacaq və s. Beləliklə, N.Paşinyan özünün "Kılıçdaroğlu sevdası" ilə Brüssel görüşündən, sülhdən yayınır.

Siyasi analitik onu da vurğulayıb ki, Ermənistan diplomatiyadan yan gəzməklə özünün aqibətini çətinləşdirir. Çünki istər Paşinyan, istərsə də onun himayədarları Azərbaycan ordusunun gücündən xəbərdardır. Dövlət başçımız cənab İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı da bildirdi ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.

Publika.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1186   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar. "Report" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib. "Səfirlər 1500-dən çox müəssisə v

7 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Rusiya ordusunun döyüş meydanında irəliləyişində problemlər yarandığı və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bildirilir. Bizim.Media xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "The Telegraph" üçün yazdığı məqaləsində deyib. Onun fikrincə, Kreml yen

8 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr