Türkiyəni dəyişən "simitsatan" - Bu dəfə də bacaracaq?

Türkiyəni dəyişən "simitsatan" - Bu dəfə də bacaracaq?Seçkilərin son günü Türkiyədə təbliğata moratorium qoyulsa da, türkcə yayımlanan beynəlxalq nəşrlər, eləcə də Türkiyədə izlənə bilən xaricidilli nəşrlər seçkiqabağı vəziyyət, namizədlərin şansları, çıxışları, sosioloji sorğuların nəticələri, seçkidən sonrakı Türkiyənin daxili və xarici siyasəti barədə təhlil və reportajlarına davam etdirirlər.

Bu zaman Ərdoğanın siyasi portretinə xüsusi diqqət yetirilir. "BBC Persian"-ın "Türkiyəni dəyişən simitsatan" başlıqlı təhlilində qeyd edilir ki, Ərdoğanın 20 illik hakimiyyəti ərzində Türkiyəni dəyişdirə bilməsi yalnız Atatürkün 1920-30-cü illərdəki addımları ilə müqayisə oluna bilər. Amma seçkiqabağı baş vermiş güclü zəlzələ rəqiblərinin əlini xeyli gücləndirib; Ərdoğan hakimiyyəti təbii fəlakətə hazır olmamaqda suçlanır.

Ərdoğan 1954-cü ildə qaradənizli sahil mühafizəçisi ailəsində doğulub, 13 yaşında olanda ailə İstanbula köçüb, gənc Ərdoğan simit satmaqla ailəyə kömək edib. Mərmərə universitetində menecment təhsili almazdan qabaq imam xətib məktəbi bitirib. Gəncliyində futbol həvəskarı olub. Amma elə erkən gənclik yaşlarından Nəcməddin Ərbakanın islamçı Rifah Partiyasına qoşulub. Partiyanın populyarlığının yüksək olduğu 90-cı illərdə İstanbul meri seçilib və 4 il bu postu tutub. Ərbakanın 97-cü ildə istefaya məcbur edilməsindən sonra Ərdoğan mitinqlərdə söylədiyi bir şeirə görə həbs edilib. 1998-ci ildə Rifah yasaq olunur, 2001-ci ildə Ərdoğan yaxın silahdaşı Abdulla Güllə bərabər Ədalət və İnkişaf Partiyasını təsis edirlər. Ərdoğan daha çox dünyəvi eltianın marginallaşdırdığı dindar çoxluq, iqtisadi tənəzzülün müflisləşdirdiyi təbəqələr arasında populyar idi. 2002-ci ildə hakimiyyətə gələn Ərdoğan üç müddət baş nazir kimi fəaliyyəti dövründə ciddi iqtisadi uğurlar qazanır, beynəlxalq səviyyədə islahatçı kimi qəbul olunur.

Hakimiyyətinin ilk illərində kürd azlığını da inandıra bilir, kürdlərin mədəni hüquqları tanınır, 2013-cü ildə PKK atəşkəs elan edir.

2015-ci ildə partiyası parlamentdə çoxluğu itirib, 2016-cı ilin iyununda dövlət çevrilişinə cəhd olub. Çevriliş cəhdinə görə Fətullah Gülən və tərəfdarları ittiham olunub, 150 min məmur işdən azad edilib, 50 mindən çox hərbçi, jurnalist, hüquqşünas, məmur, polis, alim və siyasətçi həbs olunub. Hakimiyyəti illərində Ərdoğan beynəlxalq siyasətin mühüm fiquruna çevrilə bilib. NATO ölkəsinin dövlət başçısı olmasına rəğmən Rusiya prezidenti ilə də yaxşı əlaqələri var. Bu əlaqələr Ukrayna müharibəsi vaxtı Türkiyənin vasitəçi rol oynamasına kömək edib.

2019-cu ildə İstanbul, Ankara və İzmirdə mer seçkilərini uduzması Ərdoğan hakimiyyətinə ilk böyük zərbə idi. Xüsusən Ərdoğanın özünün və AKP-nin ilk ciddi uğurlarının qazandığı İstanbulda mer seçkilərində məğlubiyyəti, seçicilərin ondan üz döndərməsinin ilk siqnalı kimi qəbul edənlər var. Müxalifət bu nəticəni prezident seçkilərində də təkrar etmək istəyir.

"VOAtürkce" "Ərdoğan: Türkiyənin Siyasi Kimlik Mübarizəsinin Əsas Oyunçusu" adlı yazısında qeyd edir ki, Türkiyə Cümhuriyyət elanının yüzüncü ildönümündə, həm də siyasi kimlik mübarizəsi aparır. Asiya və Avropa arasında fiziki keçid; millətçilik və Avropaya inteqrasiya arasında metaforik kəsişmə; Qlobal müsəlman siyasətinin simvolik liderliyini üzərinə götürən ölkə. Bütün bunların mərkəzində yenidən seçilməyə çalışan prezident Rəcəb Tayyib Ərdoğan dayanır. Bir çoxları üçün Ərdoğanın qütbləşdirici hakimiyyəti Türkiyə cəmiyyətini siyasi baxımdan dünyəvilər və mühafizəkarlar olaraq iki yerə bölüb. Ərdoğanın tərəfdarları onun hakimiyyəti altında yeni orta sinif formalaşdıran, əsasən kənd yerlərində yaşayan və ya şəhərlərə yeni köçən dini və sosial mühafizəkarlardır. Bu seçici kütləsi Ərdoğanın təvazökar keçmişindən danışır, onun xarizmasına heyran olur, hakimiyyətinin davamlılığını sabitlik kimi görür.

Siyasi qütbləşmənin digər tərəfində isə Ərdoğanın "avtoritar" idarəçiliyinin Türkiyə cəmiyyətinin dünyəvi dəyərlərini ləkələdiyinə inanan opponentləri ittifaq çətiri altında birləşib. Onlar üçün Ərdoğanın "siyasi İslam" anlayışı Osmanlı imperiyasının dağılmasından sonra Atatürk tərəfindən qurulan müasir Türkiyənin təməlləri ilə ziddiyyət təşkil edir.

BBC rus xidməti seçkilərin tarixi adlanmasının səbəbi olaraq müxalifətin ilk dəfə qələbə şansı əldə etməsini göstərir. İddia olunur ki, 20 illik hakimiyyəti ərzində Ərdoğan mühafizəkar və islamçı köklərə qayıdıb. Daxili siyasətdə opponentləri onun despotizmdə suçlasa da, beynəlxalq arenada Ərdoğan ölkəsinin nüfuzunu artırmaq üçün ardıcıl addımlar atıb, İran, Rusiya, Qətərlə əlaqələri sıxlaşdırıb, Suriya və Liviyada ölkəsinin maraqlarını müdafiə edib.

İndiki maliyyə inflyasiyası isə Ərdoğanın Mərkəzi Bankın işinə ardıcıl müdaxiləsinin nəticəsidir və bu seçkidə onun əleyhinə işləyən birinci mühüm amildir.

İkinci amil müxalifətin kövrək birlik şəklində olsa da konsildasiya oluna bilməsidir.

Üçüncü amil Türkiyə tarixinin ən böyük təbii fəlakətinin baş verməsinin seçki elanından sonraya təsadüf etməsidir.

BBC rus xidməti əsas rəqib olan 74 yaşlı Kemal Kılıcdaroğlunun təmiz, sakit, amma qətiyyətli bürokrat kimi xarakterizə edir. Qeyd olunur ki, qalib gəlmək üçün birinci turda 50 faizdən çox səs yığmaq lazımdır. Müxalifət dünyəvilk tərəfdarı olduğu üçün Kılıcdaroğlu dini baxışlarından danışmırdı, yalnız seçki kampaniyası vaxtı çıxış edərək özünü dindar ələvi adlandırb. Kılıcdaroğlu seçkiyə iki gün qalmış Rusiyanı kampaniyaya müdaxilədə ittiham edib. Buna səbəb isə digər namizəd Məhərrəm İncə barədə seks kaseti şantajı idi. Amma Rusiya bu məsələdə rol oynamasını qətiyyətlə inkar edir.

Bəs Kılıcradoğlunun çıxışları Rusiyada necə qarşılanır? Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlamaya sərt reaksiya verib: "Rəsmi olaraq bəyan edirik: Müdaxilədən söhbət gedə bilməz. Bu iddiaları müxalifətin əsas namizədinə çatdıran yalançıdır"( RİA Novosti). Amma Kılcdaroğlu "Reuters"ə açıqlamasında iddia edib ki, əllərində möhkəm sübut var.

Bir gün əvvəl "İvestisya" qəzeti Yaxın Şərq-Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Stanislav Tarasovun ABŞ-ın Türkiyədəki seçkilərə təsir edə biləcəyi ilə bağlı təhlilinə yer vermişdi.

Beynəlxalq nəşrlər Kılıcdaroğlu və Ərdoğanın son mesajlarına da diqqət yetirirlər. Kılıçdaroğlu Samsun mitinqində olduğu kimi Ankara mitinqinə də polad jiletlə qatılıb. Belə geyim əslində namizədlərin həyatına təhlükə olması ilə bağlı publikaya hesablanmış mesaj verməkdir. Çünki İncə öz namizədliyini geri çəkərkən təhlükəsizliyinə təhdid barədə də danışmışdı. Digər namizəd Sinan Oğan da TV100 efirində çıxış edərkən özünün və tərəfdarlarının ciddi təhdidlər altında olduğunu demiş, canlı efirdə ənənəvi yumşaq üslubundan çıxıb sərt tonda və etik çərçivələri aşaraq daxili işlər nazirinə səslənmiş, ona "ey Süleyman" deyə müraciət etmişdi. Görünür, İncənin kütlələrə yönəlik sərt çıxışlarının effektini təkrarlamaq zərurəti hiss edilmişdi. Bundan sonra Kılıcdaroğlunun da təhdidlər aldığı haqda jesti gözlənilən idi.

Opponentlərinin üslubu sərtləşdiyi vaxt Ərdoğan son çıxışlarda tam əks üslubu seçməsi ilə diqqəti çəkib. Belə ki, rəqibləri davamlı olaraq hakim komandanı sərt üslubdan, nifrət nitqindən istifadə edərək seçkiqabağı mühiti gərginləşdirməkdə ittiham edirdilər. Amma Ərdoğan NTV-nin birgə yayımında hakimiyyətdən əl çəkməyəcəkləri ilə bağlı iddialara cavab olaraq demokratik yolla hakimiyyətə gəldiklərini , "millətimiz fərqli bir qərar çıxarsa, demokratiya üçün nə lazımdırsa, onu edəcəyik" deyib.

Seçkiyə bir gün qalmış rus mediasının Ərdoğana dolayı hücumu da maraqlıdır. Çünki rus KİV-ləri Ərdoğana daha çox rəğbətlə yanaşırdı, nəinki rəqiblərinə. "Lenta.ru" saytında "İyirmi il sonra. Ərdoğan Türkiyəni necə dəyişdi və niyə Rusiya üçün yaxşı tərəfdaşdır?" adlı mayın 10-da dərc olunmuş yazıda deyilirdi ki, o, hakimiyyətdə olduğu müddətdə Türkiyə böyük dəyişikliklərə məruz qalıb: ölkə Qərbdən ciddi şəkildə uzaqlaşıb və müstəqilliyə doğru yol alıb. "Ərdoğan Türkiyə üçün yeni Kamal Atatürk oldu. Türkiyə yaxın bir sıra ölkələri öz maraqlarının perimetrinə daxil etməklə pantürk dünyası ideyasını inkişaf etdirə bildi. Əgər Türkiyə əvvəllər Qərb beynəlxalq münasibətlər sisteminin bir hissəsi idisə, bu gün yeni çoxmərkəzli dünya nizamında əsas güc mərkəzlərindən biridir. Türkiyə özünü belə bir mərkəz və Şimal-Cənub və Qərb-Şərq ticarət yollarının keçdiyi ağırlıq mərkəzi kimi tanıtmaqdan çəkinmir"-deyə bildirilir.

Amma saytda dərc olunmuş son təhlildə Ərdoğanın prezidentliyini itirmək riskindən bəhs olunur. Bunun əsas səbəbi isə zəlzələ, yeni iqtisadi böhran kimi amillər qabardılır: "Zəlzələdən sonra prezidentin reytinqi xeyli aşağı düşdü" .

Ukraynanın "vesti.ua" nəşri yazır ki, Ərdoğan Ukraynanın iqtisadi vəziyyətinə müsbət təsir göstərən və bəzi ekspertlərin fikrincə, hətta ölkəni defoltdan xilas edən Taxıl Sazişinin təminatçılarından biridir. Ukraynanın cəbhədə xeyli miqdarda türk silahlarından istifadə etdiyini də qeyd etməmək mümkün deyil: "Kılıçdaroğlunun açıq-aşkar qərbyönlü bir mövqeyi olsa da, qalib gələcəyi təqdirdə, Rusiya ilə Türkiyə arasında münasibətlərdə kəskin dəyişikliklər gözləməyə dəyməz".

Beləliklə, xeyli tendensioz yanaşmaya rəğmən seçkilərin yekunları barədə birmənalı qənaətlər yoxdur. Ərdoğanın Türkiyənin inkişafında, müstəqil geosiyasi oyunçuya çevrilməsində rolu hamı tərəfindən etiraf olunur. Bəzi ekspertlər onun barəsində Türkiyə siyasətinin keçmişi kimi bəhs etməyə tələssələr də, əksəriyyət Ərdoğanın real və sabit elektoratı olması, qatıldığı bütün seçkilərdən qalib kimi ayrılmasına diqqət yetirilməsini zəruri hesab edir

Publika.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2326   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolumbiya prezidenti ABŞ-yə səfərinin məqsədini açıqladı

Trampla görüşünün məqsədi dünya müharibəsini dayandırmaqdır. xəbər verir ki, bunu Kolumbiya dövlət başçısı özü CBS telekanalına verdiyi müsahibədə bildirib. Yanvarın 7-də Tramp və Petro telefon danışığı aparıb, Boqotanın narkotik qaçaqmalçılığına qarşı mübarizəsini və Venesueladakı vəziyyəti müzakir

11 yanvar
.

ABŞ-də dəhşətli hadisə: Evdən 100-dən çox insan kəlləsi və sümükləri tapıldı

ABŞ-nin Pensilvaniya ştatında yerli sakinlərdən birinin evində 100-dən çox insan kəlləsi və digər qalıqlar aşkar edilib. Bu barədə "Sky News" nəşrinə istinadən xəbər verir. Məlumata görə, 34 yaşlı Conatan Gerlaxın mənzilində, eləcə də ona məxsus anbarda polis əməkdaşları çoxsaylı sümüklər

11 yanvar
.

Məşhur müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını çəkdi

Məşhur ABŞ-li müğənni Britni Spirs bir daha çıxış etməyəcəyi ölkənin adını açıqlayıb. -ın xəbərinə görə, 44 yaşlı ulduz bununla bağlı "Instagram" hesabında açıqlama verib. Spirsin sözlərinə görə, "son dərəcə həssas səbəblərdən" bir daha ABŞ-də çıxış etməyəcək. Lakin ulduz nə vaxts

11 yanvar
.

KİV: ABŞ İrana mümkün zərbə ilə bağlı ilkin müzakirələr aparıb

ABŞ Prezidenti Administrasiyasının rəsmiləri zərurət yaranacağı təqdirdə İrana zərbə endirilməsi imkanını ilkin müzakirəyə çıxarıblar. "Report"un məlumatına görə, bunu "The Wall Street Journal" qəzeti mənbələrə istinadla yazıb. Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və hə

11 yanvar
.

Sümük kövrəkliyi və şizofreniya arasında əlaqə tapıldı

Tyantszin Tibb Universitetinin Baş Xəstəxanasının alimləri şizofreniya ilə osteoporoz arasında 195 ümumi genetik lokusun mövcud olduğunu aşkar ediblər. bildirir ki, tədqiqatın nəticələri "Genomic Psychiatry" jurnalında dərc olunub. Həkimlər uzun müddətdir maraqlı bir qanunauyğunluq müşahid

11 yanvar
.

Havaya sərvət səpir: Hər gün 6000 dollar dəyərində qızıl püskürür

Dünyanın ən sirli aktiv vulkanlarından biri hesab edilən Erebus hər gün atmosferə heyrətamiz miqdarda qızıl püskürür. Qaynarinfo xəbər verir ki, Antarktidanın buzlarla örtülü coğrafiyasında yerləşən bu nəhəng vulkan qeyri-adi xüsusiyyəti ilə elm dünyasının diqqət mərkəzinə çevrilib. NASA-nın Yer Müşahid

13 yanvar
.

Moskvaya 56 ilin ən şiddətli qarı yağıb

Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub. "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib. O bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununl

11 yanvar
.

Bu ilanlar insanı dişləmədən belə kor edə bilər

Çox adam hesab edir ki, zəhərli ilanlar öldürmək üçün sancmalıdır. Lakin bir qrup ilan var ki, bunu etmədən də təhlükə yarada bilir. Xüsusilə bəzi kobralar və onların qohumları zəhərlərini üç metrədək məsafəyə püskürtmək qabiliyyətinə malikdir. Qaynarinfo "Forbes"ə istinadən xəbər verir ki

13 yanvar
.

Tikinti zamanı kəşf edildi: 2000 illik müharibənin qorxunc səsi

İngiltərənin Norfolk kənd ərazisində tikinti öncəsi aparılan adi qazıntı, tarix səhifələrindən çıxan möhtəşəm bir kəşfə ev sahibliyi edib. Arxeoloqlar, təxminən 2 min il əvvəl hazırlanmış və antik döyüşlərin ən dəhşətli səslərini çıxaran nadir bir döyüş trompetini tapıb. Qaynarinfo xəbər verir ki, "Carnyx"

12 yanvar