"Mi-8" və "Su"ların eyni anda məhvi – Ukrayna nəyi bacardı?

"Mi-8" və "Su"ların eyni anda məhvi – Ukrayna nəyi bacardı?Mayın 13-də Ukraynanın əks-hücumu ərəfəsində bu proseslərə start verilib:

1. Baxmutun ətrafında gedən hərbi əməliyyatlar. Bir neçə istiqamətdə əlverişli mövqelərin tutulması, blitskriq üçün platsdarmların hazırlanması;

2. HHM sistemlərin təmas xəttinə daha yaxın mövqelərdə yerləşdirilməsi;

3. Rusiyalıların strateji obyektlərinə, hərbi infrastruktur və logistika zəncirinə kütləvi raket zərbələri.

Bu 3 proses lazımlı nöqtəyə qədər inkişaf edəndən sonra blitskriq (ildırımsürətli hücum) başlayacaq.
Beləliklə, son xəbərləri qeyd olunan proseslər prizmasından qiymətləndirək:

1. Ukrayna SQ Şərq qruplaşmasının mətbuat katibi Çerevi bəyan etdi ki, 3 gün ərzində Baxmut şəhərinin ətrafında 17.3 kv.km ərazi işğaldan azad olunub. Müqayisə üçün deyək ki, Baxmut şəhərinin ərazisi 42 kv.km-dır, 10 ay ərzində rusiyalılar 39 kv.km işğal edə bildilər. Ukrayna SQ isə 3 günə 17.3 kv.km azad etdi. Düzdür, azad olunan ərazilər Baxmut şəhərinin içi deyil, cinahlarıdır, amma cinahların tutulması şəhərin içində olan "Vaqner" üçün mühasirə riski yaradır;

2. Bryansk vilayətində 2 ədəd Mi-8 helikopteri, 1 ədəd Su-34 qırıcısı və 1 ədəd Su-35 qırıcısı vurulub.

2 ədəd Mi-8 helikopteri "Rıçaq-AV" radioelektron mübarizə komplekslərilə təchiz olunmuşdular. Bu o deməkdir ki, Mi-8-lər Su-34 və Su-35 qırıcılarını səmada Ukrayna HHM sistemlərindən qoruyurdular. Vurulma xronologiyasına diqqət yetirsək görərik ki, ilk növbədə elə bu 2 Mi-8 vurulub, ardınca Su-34 və Su-35.

2 helikopter radiolektron təhlükəsizliyi, Su-35 havada qırıcılardan müdafiəni təmin edirdi, əsas işi isə Su-34 görürdü, o Çerniqov və Sum vilayətlərində yerləşən obyektləri bombalayırdı.

3. Müharibədə ilk dəfə Luqansk şəhərinə zərbələr endirilib.

Dünən Luqansk şəhərində yerləşən hərbi texnikanın təmir zavoduna və neft bazasına zərbələr endirilib.
Bu gün Luqansk şəhərində yerləşən ən böyük hərbi kazarmaya zərbə endirilib.

Zərbələr "Storm Shadow" raketlərilə endirilmişdi. Ötən günə qədər Luqansk şəhərinə heç HİMARS M142-lər zərbə vura bilmirdi.

"Storm Shadow" raketləri yeni reallıq yaratdı.

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2714   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Aİ ölkələri Rusiyanın müdafiə sektorunu əhatə edən 22-ci sanksiyalar paketini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyanın müdafiə sektoru ilə əlaqəli 1,5 mindən çox şirkət və fiziki şəxsin daxil olacağı 22-ci sanksiyalar paketini razılaşdırıblar. "Report" xəbər verir ki, bu barədə TASS-a Avropadan olan mənbə bildirib. "Səfirlər 1500-dən çox müəssisə v

7 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Rusiya ordusunun döyüş meydanında irəliləyişində problemlər yarandığı və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bildirilir. Bizim.Media xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "The Telegraph" üçün yazdığı məqaləsində deyib. Onun fikrincə, Kreml yen

8 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr