"Kreml hakimiyyəti ömrünü öz əcəli ilə başa vurmayacaq" - Zelenski
"Zelenski Hitler kimi it zəhəri içib intihar edəcək..."
"Ukrayna liderinin həyatına 12 dəfə sui-qəsd olumub, ən azə 2 dəfə bunun qarşısı MKİ-nin kəşfiyyat məlumatları sayəsində alınıb..."
Zelenski Ukraynanın qələbəsindən sonra Kreml üçün "pis final" proqnozlaşdırıb
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya hakimiyyəti çətin ki, "öz əcəli ilə ömrünü başa vursun".
Bu barədə o, BBC nəşrinə müsahibəsində deyib.
"İnanın, Kremldə olanların hamısının sonu pis olacaq. Bilmirəm, məhz necə olacaq, amma bütün bunların tez bir zamanda bitməsini istəyərdik. Onlar ömürlərini öz əcəli ilə başa vurmayacaq", - prezident deyib.
Rusiya Təhlükəsizlik Şurası katibinin qamaqallı müavini Dmitri Medvedev Zelenskinin sözlərindən yenidən isterikaya düşüb. O, Zelenskini "yaşıl paltarlı rəzil" adlandırıb, Rusiyanın qəddar müharibə apardığı ölkə liderinin Putin və ətrafını ölü görmək istədiyindən hiddətə gəlib.
"Kimin necə öləcəyini biz deyə bilmərik, "Allahın işlərinə qarışmaq olmaz", - Medvedev belə başlayıb. Daha sonra o, Zelenskini "təlxək" adlandırıb və deyib ki, o da "Hitler kimi it zəhərini içib" intihar edəcək.
Bundan öncə isə Zelenski deyib ki, o, Putinlə heç bir danışıqlara getməyəcək, çünki hətta Beynəlxalq Cinayət Məhkəməsi onu terrorçu kimi tanıyıb
Ukrayna liderinin sözlərinə cavab olaraq Medvedev Zelenskinin özünün "fiziki cəhətdən aradan götürülməsinə" çağırış edib.
Kremlə zərbə və Putinə "sui-qəsd" - başlıca məqamlar
Mayın 3-nə keçən gecə iki dron Kreml ərazisinə hücum edib. Onlardan biri Senat Sarayının damındakı bayraq dirəyinin yanında partlayıb və kiçik yanğın törədib. Heç kim zərər çəkməyib.
Moskva bu hücumda Ukraynanı ittiham edib, bunu mayın 9-da xarici qonaqların iştirakı ilə
Qələbə Günü şərəfinə keçiriləcək hərbi parad ərəfəsində "planlaşdırılmış terror aksiyası və Putinin həyatına sui-qəsd" adlandırıb.
O zaman raşistlər "lazım olan yerdə, zamanda və məkanda cavab tədbirləri görmək hüququnu özündə saxlamaqla" təhdid edib.
Ukrayna bu hücumda əli olduğunu inkar edib. Zelenski vurğulayıb ki, nə Putinə, nə də Moskvaya hücum etmir. Prezident qeyd edib ki, Ukrayna öz torpaqları uğrunda mübarizə aparır.
Eyni zamanda, Ukrayna Kriminal Kəşfiyyatının sabiq rəhbəri Valeri Kurun sözlərinə görə, Rusiya bir neçə dəfə Zelenskinin həyatına sui-qəsd edib.
Amerikalı publisist Kris Uipplın sözlərinə görə, Zelenskiyə qarşı ən azı 12 sui-qəsd cəhdi olub. Ən azı iki belə cəhdin qarşısı Mərkəzi Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatları sayəsində alınıb.
Moderator.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1528 Tarix: 14 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrFTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb
ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa
8 oktyabrABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!
İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər
7 oktyabrFinlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər
Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə
7 oktyabrRubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı
İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra
7 oktyabrİstanbulda bina çökdü: saxlanılanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala
8 oktyabrİstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub
Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14
8 oktyabrRusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var
Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa
8 oktyabr