Mövlud Çavuşoğlu və Süleyman Soylu seçkilərdə səs veriblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu prezident və parlament seçkilərində səs veriblər.
M. Çavuşoğlu Antalya, S. Soylu isə İstanbuldakı seçki məntəqəsində səs veriblər.
Onlar seçkilərin nəticəsinin xeyirli olacağına inamını ifadə edib və xalqın iradəsinə güvəndiklərini söyləyiblər.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı"nın namizədi Sinan Oğan.
"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 618 Tarix: 14 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu görüntüləri viral oldu - Video
İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvinin həyat yoldaşı ilə yayılmış görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial mediada yayılan bəzi paylaşımlarda onun ölkədəki rolu ilə bağlı ironik ifadələr yer alıb. "Arvadı ona telefo
13 yanvarTramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi layihəsini dəstəklədi
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə bağlı qanun layihəsini dəstəklədiyini bəyan edib. xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına açıqlamasında bildirib. D.Tramp əlavə edib ki, ABŞ onsuz da Rusiyaya qarşı çox əhəmiyyətli sanksiyalar tətbi
11 yanvarKİV: ABŞ İrana mümkün zərbə ilə bağlı ilkin müzakirələr aparıb
ABŞ Prezidenti Administrasiyasının rəsmiləri zərurət yaranacağı təqdirdə İrana zərbə endirilməsi imkanını ilkin müzakirəyə çıxarıblar. "Report"un məlumatına görə, bunu "The Wall Street Journal" qəzeti mənbələrə istinadla yazıb. Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və hə
11 yanvarDaha bir dövlət Qüdsdə səfirlik açacaq
Kiçik ada dövləti Samoa Qüdsdə səfirlik açmaq planlarını elan edib. "Doqquzuncu kanal"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Laauli Leuatea Şmidt bildirib. O, dövlət departamentinə cari il ərzində İsrailin paytaxtında nümayəndəliyin açılması üçün hazırlıqlara başlamaq barəd
11 yanvarQaribaşvili həbsxanaya göndərildi
Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmə zalındaca həbs edilərək Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda sabiq hökumət başçısı xüsusil
12 yanvarNASA xəbərdarlıq edir: Nəhəng aysberq yoxa çıxmaq üzrədir
Uzun müddət planetin ən böyük aysberqi hesab edilən "A23a" aysberqi yaxın günlərdə və ya həftələr ərzində tamamilə parçalanaraq məhv ola bilər. Alimlər onun daxili quruluşunda intensiv ərimə prosesləri və səthində ərimiş suların toplanması ilə bağlı sürətli dəyişikliklər müşahidə edirlər. xəbə
11 yanvar