Rəcəb Tayyib Ərdoğan səs verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbuldakı Saffet Çebi adına məktəbdə səs verib.
Bu barədə "Anadolu" məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı"nın namizədi Sinan Oğan.
"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3289 Tarix: 14 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "ABŞ İrana kömək etməyə hazırdır"
İrandakı etirazlar fonunda ABŞ Prezidenti Donald Tramp ölkənin azadlıq uğrunda mübarizə apardığı və ABŞ-nin ona kömək etməyə hazır olduğunu bildirib. xəbər verir ki, o, bunu "Truth Social" platformasında yazıb. "İran, bəlkə də, əvvəllər heç vaxt olmadığı qədər azadlıq uğrunda mübariz
11 yanvarGürcüstanda turistlər qar uçqununa düşüblər
Gürcüstanda qar uçqunu ən azı 20 turistdən ibarət bir qrupun üzərinə düşüb. xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Uçqun Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuldi zirvəsi yaxınlığında baş verib. Məlumata görə, zərərçəkənlər qarın altında qalıblar
11 yanvarBu görüntüləri viral oldu - Video
İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvinin həyat yoldaşı ilə yayılmış görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial mediada yayılan bəzi paylaşımlarda onun ölkədəki rolu ilə bağlı ironik ifadələr yer alıb. "Arvadı ona telefo
13 yanvarQonşu ölkədə polis telefonlara bu mesajı göndərməyə başladı
İranda iqtisadi problemlər səbəbindən başlayan etiraz aksiyaları 15-ci günündə də davam edir. Qonşu ölkədə etirazlar zamanı həlak olanların sayının 538 nəfərə çatdığı bildirilir. xarici mediaya istinadən xəbrə verir ki, baş verən hadisələr fonunda İran polisi valideynlərə yönəlik yeni addım atıb. Bel
12 yanvarTed Kruz: ABŞ etirazları İran vətəndaşlarının təbii hüququ hesab edir
İran son hərbi məğlubiyyətlər və siyasi təzyiqlər nəticəsində ciddi şəkildə zəifləyib, ölkə daxilində legitimlik böhranı ilə üzləşib. "Report" xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Ted Kruz "Iran International"a müsahibəsində deyib. "ABŞ etirazları İran vətəndaşlarını
11 yanvar