İran Türkiyə seçkisində kimin yanındadır?

İran Türkiyə seçkisində kimin yanındadır?Türkiyədə baş verən hər hansı dəyişiklik regional münasibətlərə, xarici siyasətə, hətta İranın hərbi və müdafiə yanaşmalarına birbaşa təsir edir.

Bu sözləri İranlı siyasi ekspert, Yaxın Şərq və Qafqaz üzrə təhlilçi Rəhman Qəhrəmanpur deyib.

Seçkilərin nəticələrinin İrana təsirindən danışan ekspert Rəcəb Təyyib Ərdoğanın qələbəsinin Tehran üçün mənfi və müsbət tərəflərini açıqlayıb:

"Ümumiyyətlə, Ərdoğanın İran üçün böyük narahatlıq və eyni zamanda böyük bir fürsət olduğuna inanıram. Çünki o, İrana qarşı sanksiyalar zamanı ABŞ-ın qarşısında dayanıb, sanksiyalar tətbiq etməyib və "Halk Bank"ın ABŞ sanksiyalarından yan keçməsinə icazə verib. Heç bir siyasi hakimiyyət və heç bir ölkə bu riskə getməyə hazır olmadığı halda, Ərdoğan sanksiyaların şiddətli vaxtında İrana yanacaq nəqli məsələsini həll edəcəyini deyib, sanksiya qətnaməsində İranın lehinə səs verib. Bu isə Ərdoğanın İran üçün bir fürsət olduğunu göstərir. Eyni zamanda, Ərdoğan ciddi təhdid də ola bilər. Çünki o, Qarabağ məsələsində Azərbaycanın yanındadır, İraqda və Sincarda İran və İranın müttəfiqi "Həşdi Şabi" qüvvələri ilə toqquşur və s."

O, Kamal Kılıçdaroğlunun İran üçün daha az narahatlıq yaratdığını bildirib:

"Qeyd etdiyim və başqa səbəblərə görə, Ərdoğanla müqayisədə Kamal Kılıçdaroğlu İran üçün daha az narahatlıq yaradır. Ancaq bir məsələni də qeyd etməliyəm ki, az təhlükəli olan Kılıçdaroğlu eyni halda İran üçün daha az faydalıdır. Yəni Kılıçdaroğlu Qərbin qarşısında dayanıb, İrana qarşı tətbiq edilən və edilə biləcək sanksiyalardan yan keçmək iqtidarında deyil. O, Ərdoğanın əksinə olaraq, belə bir riskə getməyəcək".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1830   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

FTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb

ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa

8 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər

Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə

7 oktyabr
.

Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı

İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra

7 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr