"Gənc Tamaşaçılar"da baş rejissor qalmaqalı

"Gənc Tamaşaçılar"da baş rejissor qalmaqalıGənc Tamaşaçılar Teatrının aktrisaları Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Nəsibə Eldarova keçmiş baş rejissorları Mehriban Ələkbərzadədən sosial şəbəkədə şikayətləniblər.

Olay.az-ın əldə etdiyi məlumata görə, buna Əməkdar incəsənət xadiminin onları daha çox çalışmağa sövq etməsi səbəb olub. Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunandan sonra məsələ alovlanıb.

Bu barədə N.Eldarova "Facebook" hesabında yazıb:

"Birinci kursda ustadımız Rza Təhmasibin ilk sözü "teatr kollektiv sənətdir" oldu. Bəli, biz aktyorlar asılı adamlarıq. Bu həyatda teatrdan başqa heç nəyim yoxdur. Bu yaşa qədər ayaqda qalmağıma tək səbəb sənətimdir. Ay Allah, nə olar, bizim "ştrafnoy batalyona" elə birini göndər ki, sinəmizə çəkilən çarpaz dağın üzərindən köz basmasın".
Naibə Allahverdiyeva isə sözügedən postda həmkarına dəstək verib:

"Artıq psixologiyam pozulub. Nə qədər olar? Nə zaman bu teatrın yaranışından sinəsinə çəkilən dağa məlhəm biri olacaq?! Sadəlövh kollektivi gələn aldadır, gedən aldadır. Nə qədər əşya kimi istifadə olunub, atılacağıq?!"

Qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, teatrın nümayəndələri yeni baş rejissorun Əməkdar artist Nicat Kazımov olmasını istəyirlər. Lakin buna onun rejissor diplomunun olmaması maneə törədir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2884   Tarix: 15 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust
.

Xanəndənin ürəyində 4 damar dəyişdirildi

Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya

3 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr