Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs: "O, məni təhqir etdiyinə görə bıçaqladım"
Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə iclası davam etdirilib.
Sonxeber.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, T.Rüstəmovun anası Sevinc Xəlilova zərərçəkmiş şəxsin hüquqi varisi kimi, atası Zəka Rüstəmov isə şahid qismində tanınıb.
Daha sonra prokuror Rauf Malışov iş üzrə ittiham aktını elan edib.
R.Səfixanov elan edilmiş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
O deyib ki, hadisə məhz söyüş üstündə baş verib:
"Turnirə komandamızla birlikdə getmişdik. Yarışa baxmaq üçün özümə yer axtarırdım. Bir də gördüm ki, Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoyub. Ona nəzakətlə ayağını götürməyini dedim. Turan isə əvəzində məni təhqir etdi. Buna görə onun sifətinə şillə vurdum. Daha sonra o, mənə təpik vurdu və beləcə əlbəyaxa olduq. Yarışdan qabaq isə az miqdarda spirtli içki qəbul etmişdim. Dava edən zaman bıçaq cibimdən yerə düşdü. Həmin bıçağı "1001 xırdavat" mağazasından almışdım. Eyni zamanda idman kompleksi ilə üzbəüz yerləşən mağazadan yarışdan gec çıxacağımızı nəzərə alaraq kolbasa, sərinləşdirici içkilər və çörək almışdım. Bıçağı da məhz kolbasa doğramaq üçün istifadə edəcəkdim.
Dava əsnasında Turan mənim valideynlərimi söydü. Bundan sonra bıçaqla onu vurdum. Hadisədən dərhal sonra polislərə özüm təslim oldum. Törətdiyim əməldən peşmanam".
Daha sonra iş üzrə şahid qismində T.Rüstəmovun atası Zəka Rüstəmov dindirilib. Onun sözlərinə görə, hadisə baş verən zaman dostları ilə birgə yaşadığı Yevlax rayonunda olub: "Çay içirdik və birdən Nail müəllim mənə zəng vurub dedi ki, Turanı bıçaqlayıblar, təcili Bakıya gəlim. Artıq yola rəvan olanda xəbər aldım ki, oğlum rəhmətə gedib. Turan keçmiş həyat yoldaşımla birgə yaşayırdı".
Məhkəmədə zərərçəkmişin hüquqi varisi S.Xəlilova da ifadə verib. O qeyd edib ki, mərhum oğlu hər zaman həmyaşıdlarından öz tərbiyəsi və təmkini ilə seçilib: "Turanı kasıbçılıqla böyütmüşəm. Onun yaşamaq həvəsi olduqca böyük idi, 9 yaşından idmanda böyük nailiyyətlər qazanmağa başlamışdı. Hadisə günü mənə zəng edib dedilər ki, Turan kiminləsə dalaşıb. Sonradan ölüm xəbərini eşitdim, qulaqlarıma inana bilmədim. Məhkəmədən Turanı öldürən şəxsə ən ağır cəzanın verilməsini istəyirəm".
Prosesdə şahid qismində Turanın məşqçisi Əliağa Səfərov da dindirilib. O, hadisə zamanı kompleksin digər tərəfində olduğunu bildirib: "Təxminən 14:30-da Turanın çəki dərəcələri mübarizəyə qoşuldular. O, birinci və ikinci görüşünü yüksək səviyyədə keçirərək qələbə qazanmışdı. Hadisədən əvvəl Turanı cinayətin baş verdiyi yerdə oturdaraq hakimlər komitəsinə tərəf getdim. Hakimlərdən onun növbəti rəqiblərinin kim olması ilə maraqlandım. Daha sonra dava düşdüyünü gördüm, yaxınlaşanda Turan qan içində idi".
Məhkəmənin növbəti iclası mayın 23-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Səfixanov Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Alim Qasımovdan əl çəkin!
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA