Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır - VİDEO
Mağazalarda satılan hazır və ya şəkərli qidalar, fəst fud məhsulları, duzlu, dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər beyin üçün olduqca mənfi təsirə malikdir.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, tərkibində kimyəvi və zərərli maddələrin, dadverici qatqıların istifadə olunduğu bu qidalar beyin hüceyrələrini yavaş-yavaş sıradan çıxarır.
Mütəxəssis deyir ki, qidaların hazırlanma üsulları da önəmlidir. Belə ki, isidilərkən tərkibi dəyişən məhsullar yeməyə sonda əlavə edilməlidir. Onun sözlərinə görə, istifadə müddəti çox olan qidalar beyin hüceyrələrinə daha çox zərər verə bilər.
Həkim Nevroloq Yeganə Rəşidova isə "Xəbər Ertəsi"nə deyir ki, belə qidaların qəbulu həm uşaqlarda, həm böyüklərdə sinir hüceyrələrini yaralayır, beyin funksyalarında dəyişiklik yaradır.
Həkimin sözlərinə görə, bu cür qidalardan uzun müddət istifadə yaddaş zəifliyinə, yuxusuzluğa, nevroloji problemlərə, altsheymer və beyin xərçəngi kimi xəstəliklərə də səbəb ola bilər.
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?
Payızda üzüm demək olar ki, hər süfrədə olur. Onu olduğu kimi yeyir, salat və desertlərə əlavə edir, mürəbbə hazırlayır, şirəsini çəkir və kişmişə çevirirlər. Lakin çox az insan şirin giləmeyvələrlə birlikdə orqanizmin nələr qəbul etdiyini və üzümün nə qədər yeyilməli olduğunu düşünür. Qaynarinfo xəbə
24 sentyabrBədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
4 oktyabrAzərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark
4 oktyabrÇirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab
İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun
25 sentyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrGözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj
27 sentyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabrGündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabr