İrəvan axır ki, bunu qəbul etdi – Qərb diplomatı

İrəvan axır ki, bunu qəbul etdi – Qərb diplomatıErmənistan və Azərbaycan arasında diplomatiya gücləndikcə və hər iki tərəf bəzi kritik məsələlərdə razılığa gəlməyə yaxın göründükcə, Qarabağıdakı etnik erməni əhalinin taleyi böyük fikir ayrılığı nöqtəsi olaraq davam edir.

Bu barədə "Avrasiyanet" (Eurasianet) saytında dərc olunan məqalədə bildirilib.

Məqalədə Avropa Birliyinin Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-də Brüssel görüşünə toxunulub:

"Görüşdən sonra Mişelin mətbuata verdiyi açıqlamada bir rəqəm xüsusi diqqəti cəlb etdi: Ermənistan və Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü tanımağa razı olması kontekstində Azərbaycanın 86,6 min kvadrat kilometrə malik ərazisinə istinad edilib.

Bu, Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etməyə hazır olduğunu bir daha təsdiqləyir.

Brüsseldəki danışıqlardan xəbərdar olan qərbli diplomatlardan biri isə anonimlik şərti ilə sayta açıqlamasında deyib: "Ermənistan beynəlxalq ictimaiyyətin hər zaman qəbul etdiyi məsələni axır ki, qəbul etdi: Qarabağ Azərbaycanın bir hissəsi olub, var və gələcəkdə də olacaq. Yəni istənilən halda Qarabağ Azərbaycanın tərkibində qalacaq".

Məqalədə bildirilib ki, buna baxmayaraq, İrəvan Bakı ilə sülh sazişinin Qarabağ ermənilərinin hansısa beynəlxalq mexanizmlə qorunan hüquq və təhlükəsizliyinə təminat verməsini istəyir:

"Azərbaycan da öz növbəsində Qarabağda baş verənlərin heç bir beynəlxalq müdaxiləyə məruz qalmayan sırf daxili məsələ olduğunu bildirir.

Mişel açıqlamasında deyib ki, mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bu əhalinin (Qarabağdakı ermənilərin – red.) hüquq və təhlükəsizliyini təmin etmək məqsədi ilə müsbət gündəm hazırlamaqda iştirak etməyə təşviq etdim.

Azərbaycan hələ müsbət gündəmin inkişafına böyük maraq nümayiş etdirməyib. Azərbaycan rəsmiləri açıq bəyanatlarında ermənilərin mədəni, təhsil, dil və ya hər hansı digər hüquqlarının necə qorunacağına dair heç bir fikir təqdim etməyiblər, bunun əvəzinə "al, ya da get" ultimatumları irəli sürürlər.

"Biz dəfələrlə bəyan etmişik ki, heç bir ölkə ilə daxili işlərimizi müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir", - Əliyev aprelin 18-də müsahibəsində deyib: "Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da yaşamağa başqa yer tapmalıdırlar".

Sayta danışan diplomat isə Bakı təkliflərini, zəmanətlərini təqdim etmədiyini vurğulayıb.

Məqalədə qeyd edilib ki, Brüssel görüşündən sonra Azərbaycan tərəfi açıqlamasında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsinə toxunmayıb, əvəzində Ermənistanın Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıması, nəqliyyat şəbəkələri və sərhədlərin delimitasiyası kimi digər məsələlərdə əldə edilmiş irəliləyişi vurğulayıb.

Əksinə, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 15-də Aİ-nin Ermənistandakı səfirinin Mişelin bəyanatına verdiyi şərhə etiraz edərək bəyanat yayıb. Bildirilib ki, səfir Avropa Şurasının prezidentindən bir addım da irəli gedərək, "Qarabağda erməni əhalinin hüquq və təhlükəsizliyi təmin edilməlidir" və bunun üçün "beynəlxalq mexanizm" yaradılmalıdır deməklə, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edib ki, bu da qəbuledilməzdir.

Bəyanatda deyilir: "Azərbaycanın yuxarıda qeyd olunan istiqamətdə erməni sakinləri ilə dialoq qurmaq səylərinə mane olmamalı, ərazi bütövlüyümüzə və suverenliyimizə qərəzli münasibət dayandırılmalıdır".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1330   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ vəba xəstəliyi ilə bağlı vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır

İrkutsk vilayətində şübhəli pnevmonik taun hadisəsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını potensial sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdar edib. xəbər verir ki, Amerika diplomatik missiyası, İrkutskda şübhəli pnevmonik taundan ölüm xəbərlərinin

7 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr