"Rəcəb Tayyib Ərdoğan üçün İmamzadədə qurban demişəm, 28 may günü balkon çıxışından sonra..."

"Rəcəb Tayyib Ərdoğan üçün İmamzadədə qurban demişəm, 28 may günü balkon çıxışından sonra...""Səbirsizliklə Türkiyədəki seçkilərin nəticələrini gözləyirəm. Və inanıram, ümid edirəm ki, bu dəfə də seçkilərdə Rəcəb Tayyib Ərdoğan seçiləcək. Onun üçün qurban demişəm. İnşallah, Cumhur başkanının 28 may günündə axşam balkon çıxışından sonra Gəncəyə gedib, İmamzadədə qurbanımı kəsəcəm. Mənim qurbanım indiyə qədər yerdə qalmayıb. Əziz türk xalqı, ağıllı olun, liderinizi indiyə qədər düzgün seçmisiniz, belə də davam edin. Rəislə davam"

Bunu Moderator.az-a açıqlamasında sevilən sənətkar, tanınmış aktrisa Kübra Əliyeva deyib. Kübra Əliyeva seçkilərdə R.T. Ərdoğanı dəstəkləməyən xəbər aparıcısı Fatih Portakalın ünvanına da sərt sözlər işlədib.

"Onun kimilər Türkiyədə mində bir dənədir. Tək Portakal bizim ölkəni xoşlamır. Seçkilərdən sonra o portağalı sıxıb, suyunu özünə içirdəcəyik. Biz o portağalın suyunu içmərik (gülür)" deyə aktrisa bildirib.

Kübra Əliyeva Türkiyəyə tez-tez getməyinin səbəbini də açıqlayıb.

"Orada evim var. Nəvəm Ağəli Türkiyədə oxuyur. Həm oxuyur, həm də təhsil aldığı məktəbin salonunda saç ustası kimi çalışır. Çox şükür ki, işləri əla gedir. Gələn ay universitetə imtahan verəcək. İnşallah ki, daxil olar. Universitetə daxil olmasa gəlib Azərbaycanda hərbi xidmətə gedəcək. Oğlum üçün də etmişdim, indi də nəvəm üçün edirəm. Oğlum Raufu Danimarkada oxutdurdum, Ağəlini Türkiyədə oxuduram. Vallah mən möhkəm anayam. Gözəl ana demirəm. Ağəlinin evini Antalyada aldım. Evin sənədlərini Ağəliyə verəndə dedilər ki, kaş bizim də belə nənəmiz (babaannemiz) olardı. Hər bir valideynə arzulayıram ki, övladları üçün istədiyi hər bir şeyi edə bilsin. Ağəlinin artıq mənə ehtiyacı yoxdur. Həm məktəbdən maaş alır, həm də iş yerindən. Amma bir şey olan kimi mənimlə məsləhət edir. Mənim məsləhətimlə gedir. Böyük məsləhətinə qulaq asan övlad həmişə uğur qazanır" deyə aktrisa bildirib.

Aktrisa ekspert qismində çıxış etdiyi verilişlərdə barışdırdığı ailələrdən də danışır.

"Bütün telekanallarda gedən verilişlərdə ekspert qismində qonaq oluram. Nəinki ərlə-arvadı, ana ilə balanı da barışdırırıq. O qədər ağlayırıq ki. Ev üstündə küsürlər, düşmən olurlar. Bu gün mənim öz adıma evim yoxdur. Nəyim varsa övladlarım arasında bölmüşəm. Nə üçün yaşayırıq? Ağıllı övlad neynir ata malını? Ağılsız övlad neynir ata malını? Ağıllı özü qazanacaq, ağılsız da Siyavuş Aslanın oğlu Çingiz kimi milyonluq evləri satıb, zibil yeşiklərini eşəcək. Mənə ata-anamdan heç nə qalmayıb. Siz də ağıllı olsanız qazanacaqsınız. İmkanım daxilində hamıya istər maddi, istərsə də mənəvi kömək oluram. Kim zəng edirsə heç bir əli geri qaytarmıram. Yenə də deyirəm, imkan daxilində. Mən varlı qadın deyiləm. Xəstəliklə bağlı müraciət edirlər, onlara düzgün yol göstərirəm ki, hansı həkimin yanına getsinlər. Evlənmək istəyən insanlar bu gün çox tələsirlər. Elə bil ki, qızlarımız ərə gedib, boşanıb, aliment almaq üçün evlənirlər. Sonra da heç nə olmamış kimi öz həyatlarını qururlar. Bu çox çətin məsələdir. Evlənmədən yaxşı-yaxşı düşünsünlər. Çünki dünyaya övlad gətirirsiniz. Mən də övladlarımı tək, əziyyətlə böyütmüşəm. Əgər o övladı insan kimmi böyütməyəcəksinizsə, ərə gedib xalxın övladını, uşağınızı bədbəxt etməyin. Mənim sözümü eşidən qazanır. Bəzən bu sözlərimmə görə mənə tənqid edirlər. Mən o adamları sosial şəbəkə vasitəsilə tapıb, səhifəsinə daxil olub xoş sözlər yazıram. Sonra onu dostluğuma dəvət edirəm ki, Kübra xanımı yaxından tanısın. Yaxşılığımla, münasibətimlə onu utandırıram" deyə sənətkar bildirib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2344   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə 48 yaşlı qadın boğularaq qətlə yetirilib və şübhəli şəxs kimi onun oğlu saxlanılıb. "Qafqazinfo" həmin qadının fotosunu təqdim edir:

21 avqust
.

Ərindən borc istəyən qadın döyülüb

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro

3 sentyabr
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi

Ötən ilin avqustunda Gəncədə qətlə yetirilən 15 yaşlı Tunar Məmmədovun atası həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum yeniyetmənin atası 1982-ci il təvəllüdlü Etibar Məmmədov bıçaqlanma əməlinə görə cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, Tunar Məmmədov Gəncədə tərxu

8 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr