1-ci siniflərə onlayn qəbulun 1 həftəsi keçməmiş ara yenə qarışdı - daimi həll üsulu yoxdurmu?

1-ci siniflərə onlayn qəbulun 1 həftəsi keçməmiş ara yenə qarışdı - daimi həll üsulu yoxdurmu?Nizami Hüseynov: "Birinci sinfə qəbul elektronlaşdırılsa da, bəzən Bakının mərkəzində yerləşən məktəblərə kənardan şagird qəbulu aparılır"

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. Qeyd edək ki, şagird qəbulu artıq neçə ildir elektron formada həyata keçirilir.

Şagird qəbuluna yeni start verilsə də, problemlər, narazılıqlar səslənir. Abşeron, Xırdalan, Sumqayıt ərazilərində əksər məktəblərə şagird qeydiyyatında problem yaranıb.

Bu barədə sosial şəbəkələrdə valideynlər məlumat paylaşıb. Belə ki, sözügedən ərazilərdə məktəbin birinci sinfinə elektron qaydada şagird qeydiyyatdan keçirmək istəyən valideynlərdən məktəb seçimi zamanı prioritetlər tələb olunur. Valideynlərin yazdığına görə, Xırdalanda yerləşən 1, 2, 3 saylı məktəblərə şagird qeydiyyatı zamanı eyni problem yaranır. Bu məktəblərə birinci sinfə şagird qəbuluna yalnız şagirdin bacı və qardaşı həmin məktəbdə təhsil alarsa, yaxud da valideyni həmin məktəbdə çalışarsa mümkündür. Əks halda bu prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu mümkün olmur.

Valideynlər isə sosial şəbəkədə etiraz edərək, bunu övladlarının istənilən ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil almasının məhdudlaşdırılması kimi qiymətləndirirlər.

Qanunvericiliyə görə, Azərbaycan Respublikası vətəndaşlarının ölkənin istənilən ərazisində yerləşən ümumi təhsil məktəblərində təhsil almaq hüququ var.

"Məktəblərin çoxunda şagird qəbulunda prioritetlər üzrə üstünlüklər müəyyənləşib və valideynlərin bir qismi məktəb seçimində bu cür problemlə üzləşir"

Mövzu ilə bağlı fikir bildirən təhsil eksperti Nizami Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, birinci sinfə qəbulun mərkəzləşmiş şəkildə aparılmasından sonra qəbul qaydaları dəyişib. Hazırda mərkəzləşmiş sistem vasitəsilə qəbul elektron formada aparılır: "Hamı istəyir ki, uşağı elit məktəblərdə təhsil alsın. Amma hazırki sistemlə bu mümkün deyil. Çünki birinci sinfə şagird qəbulu əsasən ərazi üzrə aparılır. Valideynlər isə çalışır ki, uşağı hansı məktəb yaxşıdırsa, ora qəbul etdirsin. Bu zaman istədiyi məktəbdə yerlər dolanda narazı qalır. Birinci sinfə qəbul elektronlaşdırılsa da, bəzən Bakının mərkəzində yerləşən məktəblərə kənardan şagird qəbulu aparılır. Həmin ərazidə yaşayan uşaq isə yerlər dolduğundan kənarda qalır. Bakının mərkəzində yerləşən məktəblərdə yer olmadığından əlavə korpus inşa etmək mümkün olmur".

Ekspert onu da əlavə etdi ki, Bakı, Abşeron və Sumqayıtda məktəblərdə ciddi şagird sıxlığı var. Problemin yaranmasına səbəb bölgələrdən Bakı və Abşerona axının olmasıdır. Buna görə də, məktəblərin çoxunda şagird qəbulunda prioritetlər üzrə üstünlüklər müəyyənləşib və valideynlərin bir qismi məktəb seçimində bu cür problemlə üzləşir: "Bu il birinci sinfə 160 min şagirdin getməsi proqnozlaşdırılır ki, onun da 48 mini paytaxt Bakıdadır. Bakıda 320 məktəb və 48 min də şagird var. Xüsusən, Bakının Binəqədi, Yasamal, Xətai rayonlarında hədsiz dərəcədə şagird sıxlığı var və orada sinif sayı azdır. Məktəblərin belə şərt irəli sürməsinin səbəbi odur ki, həmin məktəbin ərazisində yaşayan valideynlərin övladları cəlb olunsun. Sonra yer qalarsa, digər vətəndaşlar müraciət edə bilərlər. Bu müəyyən qədər çətindir, amma digər şəxsləri də anlamaq lazımdır. Kimsə tez qeydiyyatdan keçir, amma başqa yerdə yaşayır. Bu məsələ əlavə siniflər açmaqla, növbəlilik prinsipinə keçməklə, yeni məktəb korpusları tikməklə həll oluna bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd

8 oktyabr
.

Maklerlərin tikdiyi evlər nə qədər təhlükəsizdir? Alıcıları hansı risklər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Ev almaq hər bir insanın həyatında ən vacib qərarlardan biridir. Lakin son dövrlər fərdi evlərin tikintisi ilə məşğul olan maklerlərin inşa etdiyi evlərin təhlükəsizliyi və keyfiyyəti ilə bağlı suallar yaranır. Bəzən evin xarici görünüşü və satış qiyməti alıcı üçün cəlbedici olsa da, tikinti zamanı hans

9 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?

Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi

8 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr