Bakıda kişi arvadının xadimə işlədiyi evi soydu
Bakıda kişi arvadının xadimə işlədiyi imkanlı şəxsin evindən oğurluq etdiyi üçün həbs olunub.
1966-cı ildə Yevlax rayonunda anada olmuş Vaqif arvadının 6 il xadimə işlədiyi evdən oğurluq etməsinin səbəbi barədə məhkəmədə danışıb.
Ailə üzvləri ilə birlikdə kirayədə yaşadığını və təmir-tikinti işləri ilə məşğul olduğunu deyən Vaqifin əmək fəaliyyəti daimi olmayıb, müəyyən vaxtlarda işsiz qalıb. Onun sələmçiyə böyük məbləğdə borcu olub və borcların ödənilməsinə görə sıxıntıları yaranıb.
2022-ci ilin iyun ayında həyat yoldaşından xadimə işlədiyi evin sahibi barəsində müəyyən məlumatlar alıb. Belə ki, ev sahibinin müəyyən müddət ərzində mənzildə olmadığını və imkanlı şəxs olduğunu öyrənib. Bundan sonra, həyat yoldaşının xəbəri olmadan həmin mənzildən oğurluq etmək qərarına gəlib.
Ev sahibinin Səid adlı oğlu Türkiyədə universitetə qəbul olunub və bu səbəbdən qardaş ölkəyə getdiyini eşidib. Bundan sonra özü evə oğurluğa gedib. Mənzilə daxil olduqdan sonra otaqlara baxıb, yataq otağına daxil olaraq orada yerləşən dolabları açıb. Orda qırmızı çamadan olduğunu görüb və yaxınlıqda bağlı seyfin olduğunu müşahidə edib. Çamadanı açarkən içərisində rezinlə bağlanmış və açıq dollarlar, həmçinin qızıllar olduğunu görüb. O, borcların verilməsi üçün ehtiyacı olduğu qədər, yəni 13 000 ABŞ dolları götürüb. Qalan pullara və qızıl onluqlara isə dəyməyib.
Oğurluq etmək məqsədilə götürdüyü açarı həyat yoldaşının əl çantasına qoyub və hadisə barədə heç kimə deməyib. Bundan sonra, oğurladığı pulları sələmçiyə verərək borcunu bağlayıb.
Bir müddət sonra ev sahibinin polisə etdiyi müraciət əsasında araşdırma aparılıb və o, müvafiq polis orqanında izahatı zamanı oğurluğu etiraf etdiyi üçün saxlanılıb. Vaqif bildirib ki, hadisədən həyat yoldaşının məlumatı olmayıb.
Məhkəmənin qərarı ilə Vaqif Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1966 Tarix: 20 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrSabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfində
26 sentyabr