Hansı halda valideynin razılığı olmadan uşağı ölkə xaricinə aparmaq olar?
"Atanın, ananın razılığı olmadan uşağı respublika hüdudlarından kənara çıxarılması ilə bağlı mübahisələr adətən tərəflər arasında nikahın pozulmasından sonra baş verən hadisədir".
Bu sözləri vəkil Araz Nurməmmədov söyləyib.
Vəkil bildirib ki, bu məsələ "Pasportlar haqqında" Azərbaycan Respulikasının Qanununa və Miqrasiya Məcəslləsinə əsasən tənzimlənir: "Həmin qanunun 2-ci maddəsinə əsasən, 18 yaşına çatmamış vətəndaş valideynlərinin icazəsi olmadan ölkə hüdudlarını tərk edə bilməz. Burada hər iki valideynin razılığı mütləqdir. Bəs bu halda vətəndaş nə etməlidir? Əgər tərəflər razılaşırsa, hər iki tərəf notariusa yaxınlaşmaqla digər tərəfin adına notarial qaydada razılıq ərizəsi yazaraq şəxsin uşaqla birgə ölkədən çıxmasına icazə verə bilər. Lakin bəzi hallarda bu razılıq əldə olunmur və tərəf məcburiyyət qarşısında qalaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edir".
A.Nurməmmədov qeyd edib ki, bəzən məhkəmə digər tərəfin uşaqla ünsiyyətin pozulmasını əsas gətirərək iddia tələbini təmin etmir: "Burada məhkəmənin nəzərə alacağı müəyyən hallar var. Məhkəmə ilk növbədə uşağın ölkədən çıxarılması ilə bağlı iddia tələbinin təmin edilməsi üçün sübut təqdim edilməsini zəruri hesab edir. Bu sübutlar nədən ibarətdir? İlk növbədə bu barədə məhkəmə iddia tələbinə baxarkən həmin uşağın ölkədən çıxarılmasının sırf uşağın mənafeyi ilə əlaqələndirməsini iddiaçı tərəfin üzərinə qoyur. Bəzən məhkəmə mübahisələrində şəxs özünün istirahəti və ya digər məqsədlər üçün ölkədən kənara çıxır və uşağı da özü ilə aparmaq istəyir. Bu halda məhkəmə digər tərəfin uşaqla ünsiyyətin pozulmasını əsas gətirərək iddia tələbini təmin etmir. Lakin atanın, ananın razılığı olmadan ölkədən çıxarılması sırf uşağın mənafeyi nöqteyi-nəzərindən, məsələn, təhsilinə, müalicəsinə görədirsə, məhkəmə bu barədə iddia tələbini təmin edir. Bu halda atanın və ya ananın icazəsi olmadan iddia tələbini təmin etməklə müvafiq qətnamə çıxarılır".
E-huquq.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq