Muradın arzusu gerçəkləşdi!
Bəstəkar-müğənni Murad Arifin uzun zamandır hazırlaşdığı ilk solo konserti baş tutub.
OLAY yazır ki, ötən gecə Heydər Əliyev Sarayında keçirilən tədbirdə sənətçi hit mahnılarını və duetlərini səsləndirib.
İfaçı gecəyə başlamazdan öncə media nümayəndələrinin suallarını cavablandırıb. Həyacanlı olmadığını bildirən Murad konsertinin hesabat xarakteri daşıdığını bildirib:
"Ölkədə ən çox səhnə alan müğənnilərdən olduğum üçün həyəcanlı deyiləm, alışmışam. Ayırdığınız diqqət mənim üçün çox önəmlidir. Belə cəsarətli addımı atdığım üçün çox xoşbəxtəm. Nadir solo konsertlərdən olacaq ki, səslənəcək olan 22 mahnıdan 20-nin həm söz, həm də musiqi müəllifi özüməm. Səhnədə sürpriz duetimi səsləndirəcəyəm. Həyatımda yeni mərhələ olan, bu iki möhtəşəm anı eyni günə sığdıra bilmişəm. Qarşıdan gələn üç ay ərzində bütün ortamları çalxalayacaq musiqi olacağına ümid edirəm. Duetimizə klip çəkdirməyi də düşünürük. Bu gün qarşınızda müğənni kimi durmuşam, sabah məşhur ictimai xadimlə veriliş hazırlayıb, jurnalist-aparıcı kimi qarşınızda ola bilərəm".
Konsert üçün 5 kq çəki atan müğənni bunu konsert hazırlıqları sayəsində olduğunu söyləyib:
"İstədiyim çəkini əldə etməsəm də, konsert hazırlıqları rəqqaslarla məşqlər görüşlər-müzakirələr stresslər nəticəsində nail oldum. Növbəti konsertlərdə daha fit formada qarşınızda olacağam. Konsert üçün iki səhnə geyimi nəzərdə tutmuşam".
Konsertə "İnşallah" mahnısı ilə başlayan Murad ilk çıxışı zamanı kövrəlib.
"Qəlbimdəki melodiyaları insanlara ötürmək istəyən sadə bir azərbaycanlının xəyallarının gerçəkləşməsidir. Mahnı yazan insan emosionaldır. Sadəcə, onları sözlə və ya göz yaşı ilə ifadə etməyi sevmirəm", - deyə, müğənni bildirib.
Gecədə duet ortaqları da Muradı tək qoymayıb. Murad Xalq artisti Tünzalə Ağayeva ilə "Ürəyimsən", Əməkdar artist Lalə Məmmədova ilə "Bu şəhər ikimizə dar", müğənni Günel Zeynalova ilə "Tufan" mahnılarını oxuyub. 30-a yaxın rəqqasa Muradla birlikdə şoular göstərib.
Sənətçi Xalq artisti Aygün Kazımova ilə oxuduqları "Kokteyl" mahnısını ilk dəfə təqdim edib. Konsert zamanı Xalq artisti Flora Kərimova da Muradı təbrik edib. O, gecəyə qızı Zümrüd və 1 yaşlı nəvəsi Lorenlə birlikdə qatılıb.
M.Arif konsert tarixi ilə bağlı maraqlı məqamı da açıqlayıb:
"Jurnalistlər sual verdi ki, niyə konserti 19 mayda edirsiniz? Anlamlı, dərin məna yükü olan bir cavab gözləyirlər məndən, amma çox fikirləşdim, dedim olduğu kimi deyim. Çox xahiş edirəm, gülməyin. Bu yaxınlarda özümə şəxsi astroloq tapmışam. Dedi ki, planetlər, ulduzlar elə şəkildə düzüləcək ki, Murad, hamı gələcək. Sən demə, həyatında şəxsi astroloq varsa, ən sadə addımların da nəzarət altındadır. Konsert hazırlıqları, reklamlar getməlidir. Zəng edib qırıla-qırıla deyirsən ki, olar həftənin 4-cü günü, axşam 9-un yarısı anonsu paylaşasınız.
Ciddi-ciddi adamlar soruşur ki, Murad, bu, nə PR strategiyasıdır? Mən necə izah edim ki, axı Merkuri... Çox qəribə məqamdır. Çox istərdim ki, həyatda nəyə inanırsınızsa, niyyətiniz gözəl olsun. Bu gün niyyətimiz gözəl idi".
Həyat yoldaşına həsr etdiyi bəstəni ifa edən sənətçi "Evə pis əhvalla, əsəblə gəlirsən. Buna tab gətirmək lazımdır. Mənim həyat hekayəmin görünməz qəhrəmanı var - 16 ildir ki, həyatımın xanımı..." sözlərini əlavə edib.
Konsert "Qələbə" mahnısı və tamaşaçıların ayaqda alqışları ilə başa çatıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi