19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: "Həkim töhmət alıb, amma işdən çıxmayıb" - YENİLƏNİB + FOTO

19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: "Həkim töhmət alıb, amma işdən çıxmayıb" - YENİLƏNİB + FOTO"19 yaşlı Ləman Məmmədova xəstəxanamıza kəskin apendisit ağrıları ilə müraciət edib. Burada müayinə dərinləşdirilməmiş aparılıb. Sonradan müəyyən olunub ki, o, nadir rast gəlinən genetik xəstəlikdən əziyyət çəkir".

Bu fikirləri Oxu.Az-a Goranboy Rayon Mərkəzi Xəstəxanasında iki dəfə əməliyyat edilən 19 yaşlı Ləman Məmmədovanın həkim səhvi ucbatından iflic hala düşməsi haqqında iddialara münasibət bildirərkən həmin xəstəxananın baş həkimi Arzu Teymurov deyib. Baş həkim qeyd edib ki, gənc qızda porfiriya adlı xəstəlik aşkarlanıb və bu xəstəliyin əlamətləri apendisit, mədə-bağırsaqda tutmalar şəklində keçir. Bunu müəyyənləşdirmək üçün ciddi müayinələr lazımdır:

19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: "Həkim töhmət alıb, amma işdən çıxmayıb" - YENİLƏNİB + FOTO"Həmin xəstəyə cərrahımız Hamil Qəmbərov baxıb, onu əməliyyat edib. Əməliyyat zamanı həmin nahiyədə maye yığıntısı görülüb. Xəstəliyin nəticəsində belə hadisələr baş verir. Əməliyyatdan üç gün sonra xəstə evə buraxılıb, amma yenidən xəstəxanaya qayıdıb. Xəstənin yenidən qarnı açılıb, maye yığıntısı təmizlənib. Bir müddət xəstəxanada qalıb, vəziyyəti yaxşılaşmadığına görə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Orada müəyyənləşib ki, xəstəlik genetikdir.

Bütün hallarda diaqnozu birbaşa təsdiq etmək qeyri-mümkündür. Xəstə sırf apendisitə bənzər ağrılarla müraciət edib. Əməliyyat zamanı da apendiksdə böyümə, maye yığılması aşkarlanıb. Bəlkə də, ixtisaslaşmış yerdə olsaydı, daha dəqiqləşmiş diaqnoz qoyulardı. Biz o xəstəni özəl, hər bir şəraiti olan xəstəxanaya göndərdik. Orada belə diaqnozun dəqiqləşdirilməsi bir aya yaxın vaxt apardı.

Ailənin iddiasında narkoz verilərkən sinirə toxunulması da qeyd olunur. Bu, əsassızdır. Elə bir şey olmayıb. Durumun bu hala gəlməsinin səbəbi xəstəliyin ağırlaşmasıdır".

Baş həkim ana Gülnarə Qocayevanın rüşvət iddiasının da əsassız olduğunu deyib:

"Apendisit əməliyyatını icbari tibbi sığortanın qarşılamalı olduğu halda, Hamil həkimin ailədən 180 manat pul aldığı qeyd edilir. Həkimin izahatı alınıb, o bunun böhtan olduğunu bildirib. Hamil həkim deyib ki, mən ailədən heç nə tələb etməmişəm, heç nə almamışam. Mənim yanımda da alver olmayıb. Xanım deyir, pul vermişik, həkim isə almadığını söyləyib. Bunu necə sübut etmək olar?

Hamil həkimə axırıncı ciddi xəbərdarlıq edilməklə şiddətli töhmət verilib. Diaqnostika, müayinə zamanı bəzi məqamları diqqətdən qaçırdığına, dəqiqləşdirilməmiş qərar verdiyinə görə töhmət alıb. Xəstəlik dəqiqləşdirilməli idi, Goranboy Mərkəzi Xəstəxanası səviyyəsində xəstə olmadığına görə ya özəl klinikalara, ya da Bakıya göndərilməli idi. Həkim buna görə cəzalandırılıb, amma işdən uzaqlaşdırılmayıb.

Ailənin cinayət işi açılması tələbi ilə bağlı isə bizdə hər hansı məlumat yoxdur. Xəstə yaxınlarının belə bir istəyi varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Bizim əlimizdə bununla əlaqədar səlahiyyət yoxdur.

Valideyndir, çox şikayətləri var, xəstəxanamızda xəstəyə yaxşı baxılmadığını da iddia ediblər. Amma bütün bunları araşdırmışıq, iddialar təsdiqini tapmayıb".

Arzu Teymurov onu da qeyd edib ki, Ləmanın yaxınlarının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) şikayət etməsindən sonra qurum xəstəxanaya məktub göndərib:

"Buna görə biz araşdırma aparmışıq, nəticəni quruma bildirmişik. TƏBİB müəyyən qurumlarla əlaqə saxladıqdan sonra müalicənin pulsuz davam etdirilməsi üçün xəstənin Bakıda yerləşən Respublika Klinik Xəstəxanasına aparılmasının razılaşdırıldığını qeyd edib. Hətta bunun üçün təcili tibbi yardım maşını da göndərilib. Valideynlər qətiyyətlə imtina etdilər ki, qızın dövlət xəstəxanasına köçürülməsini istəmirlər. Valideynlər istəyirlər ki, xəstə özəl xəstəxanada müalicə olunsun, xərci isə dövlət qarşılasın. İcbari tibbi sığorta zərfində isə bu xəstəliyin müayinə və müalicəsini qarşılamaq haqqında müddəa yoxdur".

13:04

Goranboy Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 19 yaşlı qız həkim səhvi ucbatından 50 gündür ki, reanimasiyadadır.

Bu barədə Oxu.Az-a tələbə qızın anası, Goranboy rayon Qızılhacılı qəsəbəsinin sakini Gülnarə Qocayeva məlumat verib. O bildirib ki, həyat yoldaşı insult keçirdiyinə görə əmək qabiliyyətini itirib, oğlu hazırda hərbi xidmətdədir, qızı isə Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollecin 4-cü kurs tələbəsidir:

"Qızım Ləman Məmmədova mart ayında qarnında ağrı, sancı hiss edirdi. Get-gedə səhhətinin pisləşdiyini görüb, martın 17-də müayinə üçün Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Orada təcili tibbi yardım həkimi heç bir analiz götürmədən bildirdi ki, xəstənin vəziyyətinin ağırlaşma səbəbi böyük ehtimalla böyrəklə əlaqəli ola bilər və ağrıkəsici iynə vuraraq evə göndərdi. Sabahı gün - martın 18-də qızımın ağrıları yenidən başladı. Bu dəfə xəstəxanaya gətirəndə analiz götürdülər, ultrasəs müayinəsi (USM) edildi və həkim Hamil Qəmbərov bildirdi ki, problem apendisit - kor bağırsağın iltihabı ola bilər və dərhal əməliyyat edilməlidir. Həkim bizdən əməliyyat üçün 200 manat məbləğində pul istədi. Mən isə maddi durumumuzun aşağı olduğunu, 150 manat verə biləcəyimi dedim. Amma həkim 180 manatdan az pula mümkün olmayacağını dedi. Bu əməliyyatı icbari tibbi sığorta qarşılasa da, qızımın həyatı ortada olduğu üçün mən deyilən məbləğlə razılaşmalı oldum.

Əməliyyat olduqdan iki gün sonra qızım xəstəxanadan evə buraxıldı. Lakin kəskin ağrılar davam edirdi. Ona görə biz məcbur olub özəl klinikaya ("MediLife") müraciət etdik, yenidən analiz verdik və cavab olaraq bildirdilər ki, əməliyyatdan sonra xəstənin qarın boşluğuna maye sızır. Problem həkim səhvi ucbatından baş verdiyinə görə yenidən Goranboy Rayon Mərkəzi Xəstəxanasına getdik, Hamil həkimlə görüşüb, vəziyyəti izah etdik.

19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: "Həkim töhmət alıb, amma işdən çıxmayıb" - YENİLƏNİB + FOTOMartın 24-ü Ləmanı həmin xəstəxanada ikinci dəfə əməliyyat etdilər. Bu dəfə əməliyyata xəstəxananın direktoru Rauf Yəhyayev, Hamil həkim və anestezioloq Şubay Hacıyev girmişdilər. Mən əməliyyat öncəsi Şubay həkimə bildirdim ki, qızın çəkisi azdır, narkozu verəndə nəzərə alsın. İkinci əməliyyat heç bir işə yaramadı. Həkimlərin növbəti dəfə yanlış əməliyyatı nəticəsində qızımın halı daha da pisləşdi. Amma bunu nəzərə almayaraq, onu palataya köçürdülər. İkinci əməliyyatdan sonra sol qolu işləmədi, bütün gün yüksək səslə mənə burada baxmırlar, mənimlə kobud rəftar edirlər, nəzarət etmirlər, məni buradan çıxarın deyə yalvarırdı. Artıq ağrıları dözülməz həddə idi, özünü idarə edə bilmirdi. Mən Hamil həkimə qızımın niyə bu halda olduğunu soruşdum, mənə: "Narahat olma, düzələcək, narkozun təsirindədir", - deyə cavab verdi. Halbuki bir irəliləyiş yox idi, əksinə, gündən-günə pisləşirdi.

Xəstəxananın baş həkimi Arzu Teymurov xəstələrə baxış keçirdiyi zaman Ləmanın çətin nəfəs aldığını görüb, həkimləri çağırıb, xəstənin tez oksigen aparatına qoşulmalı olduğunu deyib. O, qızımı görüb, tapşırıq verməsəydi, bəlkə də, artıq qızım həyatda deyildi. Həkimlər vəziyyətin ciddiliyini görüb, Ləmanı palatadan reanimasiya köçürüblər. Təəssüf ki, orada da heç bir şərait yoxdur, antisanitariya, çirkab içində xəstələri saxlayırdılar.

Reanimasiyada olan tibb bacısı Ləmana: "Sən yalandan belə edirsən, heç bir ağrın yoxdur, qəsdən edirsən", - deyərək, kobud rəftar edirdi. Reanimasiya həkimi isə xəstələrin başında deyil, digər otaqda olurdu, çox zaman yatırdı. Qızımın saturasiyası 66-ya düşmüşdü. Mən bunu tibb bacısına deyəndə ayağı ilə aparatın istiqamətini dəyişdi ki, mən baxmayım. Xəstəxanadakı bu biabırçılıqları görəndən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" Çağrı Mərkəzinə məlumat verdim. Zəngimdən bir saat sonra həkim gəldi. Orada qalması heç bir fayda vermədiyindən məcburən qızımı xəstəxanadan çıxarıb, təcili yardım avtomobili ilə Gəncə Mərkəzi Beynəlxalq Xəstəxanasına köçürdüm".

19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: "Həkim töhmət alıb, amma işdən çıxmayıb" - YENİLƏNİB + FOTOGülnarə Qocayeva deyib ki, xəstə köçürülənə qədər Hamil həkim onu fikrindən daşındırmağa çalışıb:

"Amma qızımı o xəstəxanada iflic etdilər. Anestezioloq Şubay həkim narkozu onurğadan vurduğunu dediyi halda, sonradan bunu təkzib etdi. Artıq əmin idim ki, narkoz veriləndə qızımın sinirinə toxunublar. Onu təcili tibbi yardım maşını ilə Gəncəyə gətirəndə ölümcül halda idi. Orada verilən analizlərdən sonra məlum oldu ki, başından bəri həkim yanlış diaqnoz qoyub, səhv əməliyyat edib. Ləmanın heç kor bağırsaq problemi olmayıb. Bunu Hamil həkimə deyəndə mənə iki min manat gətirdi ki, özəl xəstəxanada lazım olacaq. Üç aya yaxındır, Ləmanın müalicəsi davam edir, durumu yaxşılaşmır. Bütün qohum-əqrəba kömək etdi, hər şeyi satdıq ki, təki qızım yaxşılaşsın. Hazırda 80 minə yaxın borcumuz var.

Başımıza gələn müsibətin tək səbəbkarı Goranboy Rayon Mərkəzi Xəstəxanasının savadsız və məsuliyyətsiz həkimləridir. Bu xəstəxana sanki mafiya qaydaları ilə idarə olunur. Qanunsuzluq, hərc-mərclik, rüşvətxorluq baş alıb, gedir. Bütün xəstələrə pul mənbəyi kimi baxırlar.

19 yaşlı qız iki əməliyyatla iflic hala düşüb: "Həkim töhmət alıb, amma işdən çıxmayıb" - YENİLƏNİB + FOTOQızımın sağlamlığına ciddi zərər vuran bu həkimlərə qarşı cinayət işi açılmalıdır. Mən onların xırda bir töhmətlə can qurtarmasını deyil, qanun qarşısında cavab verməsini tələb edirəm. Bütün aidiyyəti qurumlara müraciət etmişəm, səsimə səs verən yoxdur. Yalvarıram, qızımın həyatını məhv edənlər cəzasız qalmasınlar. Mən bu qədər borcun-xərcin altından qalxa bilmirəm. Hər dəqiqə qızımın son nəfəsi olacaq, iflic qalacaq, sağalmayacaq deyə düşünməkdən gecəm-gündüzüm yoxdur. O biri uşağım hərbi xidmətdədir, bacısının bu hala düşdüyündən xəbəri yoxdur. Bundan da ayrıca qorxuram, belə çətin durumda olduğumuzu bilsə, başını bəlaya salar. Xahiş edirəm, övladımın sağalmasına köməklik edilsin, durumu nəzarətə götürülsün. Bütün bunların səbəbkarı olan həkimlər cəzasız qalmasınlar ki, mənim kimi başqa ailələr də onların məsuliyyətsizliyinin qurbanı olmasınlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3531   Tarix: 23 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xırdalandakı "Kristal Abşeron" kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb

26 fevral
.

Endirim tələləri və "son şans" oyunu: İstehlakçılar necə manipulyasiya olunur? - AÇIQLAMA

Müasir bazar münasibətləri şəraitində istehlakçıların seçim imkanları artsa da, aldadılma halları da azalmır. Endirim kampaniyaları, "son şans" mesajları, şişirdilmiş reklam vədələri və məhsul haqqında natamam məlumatlar alıcıların qərarına təsir göstərən əsas amillər sırasındadır. Bəzən istehlakçıla

27 fevral
.

Poladəritmə sexində partlayış, 3 fəhlə xəsarət aldı

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış hadisəsi baş verib. "Report"un yerli bürosu məlumat verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü İsmayılov Elməddin Nurəddin oğlu, 1989-cu il təvəllüdl

27 fevral
.

Tələbələrin fotolarını yayan şəxsi KMBİ saxladı

BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb. Bu haqda -a DİN-i

26 fevral
.

Vüsalənin də verilişi yayımlanmadı

Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında yayımlanan "Tarixin bir günü" və Elgiz Əkbərin Arb-dəki "Elgizlə izlə" verilişləri bağlanıb. -a istinadən xəbər verir ki, bu gün Vüsalə Əlizadənin aparıcılıq etdiyi "İncə səhər" proqramı təkra

27 fevral
.

Bakıda tanınmış aparıcının bloqer qızı qəzaya düşdü

Bakıda məşhur bloqer avtoqəzaya düşərək xəsarət alıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb. Nuray Muxtarovanın idarə etdiyi "Chevrolet" markalı avtomobil kəsişmədə başqa bir maşınla toqquşub. Qəza zamanı xəsarə

26 fevral
.

"Mən sizi televizorda görəndə çox sevinirəm" - Video

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə etdikləri səfər çərçivəsində kənd sakini Əmrah Sahiblinin evində olublar. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı ilə Sahibli ailəsinin kiçi

26 fevral
.

"Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir" - DEPUTAT

1992-ci il fevralın 26-da Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı XX əsrin ən ağır və qanlı cinayətlərindən biri kimi tarixə həkk olunmuşdur. Erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən soyqırım nəticəsində 61

26 fevral
.

Bu halda əməkdaş işdən çıxarıla bilər

Azərbaycanda bəzi hallarda işçilər yol verdikləri pozuntuya görə işdən azad edilir və sonradan əvvəlki vəzifələrinə bərpa olunmaqda çətinlik yaşayırlar. -in məlumatına görə, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işəgötürən

27 fevral