Bu gün şəhid Şəhriyar Quliyevin doğum günüdür - VİDEO
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik zirvəsinə ucalan hərbçilərindən biri də gizir Quliyev Şəhriyar Nəsib oğludur.
BAKU.WS xəbər verir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə Ağdam şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Uşaqlıqdan idmana maraq göstərən Şəhriyar Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı giziri idi. O, Gürcüstanda və Türkiyədə xüsusi döyüş təlimləri keçib.
Şəhriyar 2016-cı il aprel döyüşlərində də iştirak edib. 27.09.2020-ci il tarixində başlayan Vətən Müharibəsində yenidən döyüşə atılan igidimiz Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşmüşdü.
Cəldliyinə, çevikliyinə və qorxmazlığına görə döyüş yoldaşları onu "Boz Qurd" adlandırırdılar. 150-yə yaxın erməni əsgər və zabitini məhv etdiyi bildirilir.
Sonuncu dəfə 23.10.2020 tarixdə Qubadlı istiqamətində gedən döyüşdə xüsusi döyüş tapşırığını yerinə yetirərkən düşmən sayca 3 dəfə çox olub və xüsusi muzdlulardan istifadə edib. Şəhriyar rəşadətlə döyüşüb və iki döyüş yoldaşını döyüş meydanından yaralı çıxarıb. Yenidən döyüş meydanına qayıdan zaman qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, şəhid Şəhriyar Quliyev "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1307 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrAzər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabr"Nənələr"in üzvünün oğlu Ukrayna müharibəsində öldürüldü
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı öldürülüb. Axşam.az xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyə
7 oktyabrBakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa
7 oktyabr"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"
Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin
7 oktyabr