Oğuz, Şəki, Qax, Balakən və Zaqatalada vəzifəli şəxslər cərimə olunub
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-dən Sonxeber.az-a verilən məlumata görə, mayın 15-dən 22-dək olan müddətdə Zaqatala, Balakən, Qax, Şəki, Oğuz şəhər və rayonları ərazilərində keçirilən belə tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərinin pozulması faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması), 243.0.1-ci (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Oğuz rayonunda Sincan və Muxas, Şəki rayonunda Qoxmuq, Qax rayonunda Güllük, Qum və Ləkit, Balakən rayonunda Qullar, Zaqatala rayonunda Yuxarı Tala və Suvagil kənd bələdiyyələrinin sədrləri, həmçinin 10 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2999 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrMənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB
Bakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilki
8 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabr