DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB - YENİLƏNİB

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB - YENİLƏNİB"14 yaşlı qızın itkin düşməsi ilə bağlı yaxınları tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə edilən müraciət əsasında dərhal onun axtarışlarına başlanılıb və elə həmin gün yetkinlik yaşına çatmayan qız birlikdə getdiyi rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə şöbəyə gəliblər".

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

"Atasının da iştirakı ilə yeniyetmənin izahatı alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Yeniyetmə ifadəsində ailə qurmaq məqsədilə rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə getdiyini və ona qarşı hər hansısa bir zorakılıq edilmədiyini bildirib. Bundan başqa onların arasında əvvəldən sevgi münasibətlərinin olması və H.H-nın könüllü şəkildə S.Ələkbərovla getməsi digər sübutlarla da öz təsdiqini tapıb. Ekspertizanın rəyinə və aparılan araşdırmanın da nəticəsinə əsasən əməldə cinayət tərkibi qeydə alınmayıb.

Nimət Hacıyevin müraciətində göstərilən xüsusatlarla bağlı yenidən izahatının alınmasının zəruriliyi həmin şəxsə izah olunsa da, o və qızı bundan imtina ediblər. Hazırda qeyd olunan xüsusatlarla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir", - deyə M.Məsimov bildirib.

***

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı oğurlayan şəxslər heç bir cəza almayıblar.

Sonxeber.az xəbər verir ki, bununla bağlı oxu.az-a rayon sakini Nimət Hacıyev şikayət ünvanlayıb. O qeyd edib ki, qızı, 2008-ci il təvəllüdlü Həvva Hacıyevanı evlənmək məqsədilə oğurlayan şəxslər barəsində polisə və digər qurumlara dəfələrlə müraciət ünvanladığı halda heç bir tədbir görülməyib. Müraciəti olduğu kimi təqdim edirik:

"Mən, Hacıyev Nimət Qəhrəman oğlu, Ağdaş rayonu Dəhnəxəlil kənd sakiniyəm. 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan qızım Həvvanın oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarının səhlənkarlığından şikayətçiyəm. 16 fevral 2023-cü il tarixdə saat 19:30-da qızım evdən nənəsigilə getmək üçün çıxıb, lakin getdiyi yerə çatmayıb. Dəfələrlə zəng etdik və ən yaxın əraziləri axtardıq, qızımı tapa bilmədik, onun oğurlandığı aydın oldu.

Hüquq-mühafizə orqanları qızımın oğurlanması faktı ilə bağlı cinayət işinin başlandığını bildirsələr də, oğurlayan şəxs, yəni digər kənd sakini olan 20 yaşlı Səid Ələkbərovun əməli qanunsuz hesab edilmədi. Bundan öncə, qızımın harada olması müəyyənləşdiriləndə, polis işçisi elçi rolunda çıxış edərək, bizə qızı oğurlayanların üzük gətirmək istədiklərini və şərtlərini çatdırdı. Mən bu addımı görən kimi dərhal Ağdaş Rayon Polis Bölməsinə müraciət etdim, həmçinin hadisə barədə "102" qaynar xəttinə məlumat verdim.

Sabahı gün məni polis bölməsinə çağırıb dedilər ki, qızım onu oğurlayan şəxslərlə birlikdə Ağcayazı kəndindədir. Qızımı geri qaytardım, uzun müddət dindirmə prosesi oldu. Oğlanın atası qızıma yalvarıb ki, bütün nəslimizi həbsə atacaqlar, şikayət etmə. Həmçinin ailə qızımı təhdid də edib, şikayət edəcəyi təqdirdə bunun pis hadisələrlə nəticələnəcəyini deyib. Ona görə qızım ərizə yazdı, öz istəyi ilə getdiyini bildirdi. Lakin sonradan bizim qızımla söhbətlərimizdən aydın oldu ki, uşağımı qorxudublar. Onu dörd nəfər başına torba keçirərək, zorla qaçırıb. Əvvəl başqa rayona aparsalar da, oğlanın oradakı qohumları qəbul etməyiblər.

Mən bir ata kimi xahiş edirəm, qızımın oğurlanmasında əli olan şəxslərin əməlləri layiqli cəzasını alsın. 14 yaşlı qızı oğurlayan şəxslərin heç bir cəza almaması normaldırmı? Xüsusilə, Daxili İşlər Nazirliyindən istintaq hərəkətlərinin aparılması üçün səlahiyyətli müstəntiq təyin edilməsini rica edirəm. Oğurlayanların kimliyi məlum olduğu halda Ağdaş rayonunun müstəntiqi Afiq Abışov və hüquq-mühafizə orqanları fəaliyyətsizdir. Günahkar azad, cəzasız gəzir. Dəfələrlə yuxarı instansiyalara müraciət etsəm də, addım atılmır.
Cinayətkar Səid Ələkbərov, onun qardaşı və iki dostu, prosesdə şəxsə kömək edən valideynləri, bibisi və əmisi haqqında heç bir tədbir görülməyib.
Qızımı qaçırarkən əvvəlcə Şor Dəhnə kəndinə, oradan Ağdaş şəhərinə, daha sonra isə Göyçay rayonuna aparıblar. Bu ərazilərdə müraciət etdikləri şəxslər qəbul etmədiklərinə görə Ağcayazı kəndinə gətiriblər. Mənim altı uşağım var, həmin qızımdan böyük iki gənc oğlum var. Onların bacısına ziyan vuran şəxsə xəsarət yetirəcəyindən nigaranam. Həmin adam mənim azyaşlı qızımı qaçırmaqla bütün rayonda adımızın ləkələnməsinə səbəb olub. Qızımın gələcəyini məhv edib. Qanun çərçivəsində adam oğurlayan şəxs barəsində addım atılmaması bütün ailəmizin töhmət altında qalmasına gətirib çıxarır. Bir ata kimi bunu qəbul edə bilmirəm".

Şikayətçi Nimət Hacıyev onu da qeyd edib ki, qızı yetkinlik yaşına çatmamasına baxmayaraq, başına gələn hadisədən sonra nə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, nə də Ağdaş Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbədən psixoloji dəstək alıb:

"Polisin göstərişi ilə ekspertiza təyin edilib, 14 yaşlı qızı iki dəfə müayinəyə aparmalı olmuşuq. Bu vəziyyət onun psixologiyasına da təsir edib. Amma heç bir psixoloji dəstək göstərən, addım atan qurum görməmişəm. Halbuki bütün qurumlara şikayətlər, müraciətlər yazaraq, məsələdən xəbərdar etmişik. Addım atılmasını xahiş etmişik. Qapımızı açan, qızıma hansısa dəstək göstərmək istəyən, cinayətkarların cəzalandırılması üçün addım atan olmayıb. Bu nə qədər düzgündür ki, 14 yaşlı uşağı oğurlayıb, günlərlə kənd-kənd, rayon-rayon sürükləyirlər, amma heç bir cəza almırlar? Bu cür adamlar cəzasız qaldıqca çox uşağın başına belə hadisələr gələcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3298   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

"AİD Group" xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb. -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasınd

8 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

8 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr