"Cənab İlham Əliyevin Litvaya səfər etməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək" - Kamilə Əliyeva
"Bu gün Azərbaycanla Litva Respublikası arasında fəal siyasi əlaqələr mövcud olsa da, iqtisadi-ticari əlaqələr hər iki ölkənin arzuladığı səviyyədə deyil. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər böyük işlər görülmüşdü".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.
O həmçinin qeyd edib ki, Prezident cənab İlham Əliyevin Litvaya səfər etməsi, iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması və Vilnüsdə də Azərbaycan-Litva biznes forumunun keçirilməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir:
"Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışdır. Azərbaycanın Avropa İttifaqına üzv olan Litva Respublikası ilə sıx siyasi əlaqələri mövcuddur və strateji tərəfdaş dövlətlərdir. Bu siyasi əlaqələr digər sahələrdə də əməkdaşlığa böyük təkan verir.
Prezident cənab İlham Əliyev 22 may tarixində Litvaya rəsmi səfər etdi və dövlətlərarası bir sıra sənədlər imzalandı. Mətbuata bəyanatla çıxış edən ölkə başçımız Azərbaycan-Litva əlaqələrinin inkişaf etməsindən, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, ölkəmizdə yaradılmış nəqliyyat və logistika infrastrukturları barədə məlumat verdi.
Bu gün Azərbaycanla Litva Respublikası arasında fəal siyasi əlaqələr mövcud olsa da, iqtisadi-ticari əlaqələr hər iki ölkənin arzuladığı səviyyədə deyil. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər böyük işlər görülmüşdür. Ötən il Litva Prezidentinin Azərbaycana səfər etməsi və Bakıda Azərbaycan-Litva biznes forumun keçirilməsi ticari əlaqələrin genişləndirilməsinin başlanğıcı olmuşdur.
Prezident cənab İlham Əliyevin Litvaya səfər etməsi, iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması və Vilnüsdə də Azərbaycan-Litva biznes forumunun keçirilməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycan və Litva bərpa olunan enerji sahəsində çox ciddi və paralel işlər aparır. Azərbaycan
Şimal-Cənub, Şərq-Qərb marşrut xətlərinin qovşağında yerləşdiyindən ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat və logistika infrastrukturu yaradılmışdır ki, bunun sayəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi hər il artmaqdadır.
Xəzər dənizini, Cənubi Qafqazı, Baltik dənizi ölkələrilə birləşdirən nəqliyyat marşurutunu da reallaşdırmaq üçün bütün imkanlar mövcuddur. Hər iki dövlət bu marşrut xəttinin yaradılması və fəaliyyəti istiqamətində birgə işlər aparır.
Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda Prezident cənab İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq, bununla yanaşı ölkəmizdə istehsal olunacaq bərpa olunan enerjinin Avropa ölkələrinə ixracı barədə də çıxış etdi. Həm Azərbaycanda, həm də Litvada keçirilən biznes forumlarında Azərbaycan və Litva Prezidentlərinin iştirak etməsi iki ölkənin biznes mühitinə və sahibkarlar arasında əlaqələrə verilən diqqətin nümunəsidir. İki dövlət arasında yaradılmış birgə komissiya iqtisadi-ticari əlaqələrin yaradılmasına və gələcəkdə imkanların dəyərləndirilməsinə böyük təkan verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki