"Azərsu"dan MTK-lara xəbərdarlıq
MTK-ların anbarı mütləq ildə azı bir dəfə yuyulmalıdır.
Sonxeber.az xəbər verir ki, bu barədə açıqlamasıda "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbər Anar Cəbrayıllı deyib
Onun sözlərinə görə, əks halda yeni tikili binaların anbarında suyun keyfiyyətinin pisləşmə halları müşahidə oluna bilir.
A.Cəbrayıllı son vaxtlar suyun keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə bəzi həqiqətə uyğun olmayan məlumatların yayıldığına diqqət çəkib: "Azərsu"yun əhaliyə verdiyi su standartlara tam uyğundur. Sosial şəbəkədə bir neçə paylaşımları sona qədər araşdırmışıq və məlum olub ki, suyun keyfiyyətinin aşağı olması halı yeni tikilili binalarda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bu MTK-ların anbarları illərdir yuyulmur. Ümumiyyətlə bu gün Bakıda suyun keyfiyyətinə mənfi təsir göstərən iki amil var. Bunlardan biri MTK-ların yuyulmayan anbarı, digəri isə vətəndaşların, xüsusilə ətraf ərazilərdə primitiv qaydada, kustar üsulla çəkdiyi su xətləridir. Çünki bu su xətləri yerin üstü ilə çəkilir və onların çəkilməsində müxtəlif təyinatlı plastik, metal borulardan istifadə olunur. Hətta Sulutəpə ərazisində neft sənayesində işlənmiş borularla da su xəttinin çəkilməsi halına rast gəlinib. Bunlar suyun keyfiyyəti ilə bağlı müəyyən risklər yaradır".
"Azərsu" olaraq MTK rəhbərlərinə, binaların komendantlarına, sakinlərinə və MMMC-lərə səslənirik ki, standartlara əsasən su anbarları mütləq ildə ən azı bir dəfə yuyulmalıdır. MTK-ların anbarları onların özlərinə aiddir. Onlar bu anbarları özləri idarə edirlər. "Azərsu"yun öhdəliyi anbara qədər suyun gətirilməsidir. Nasosxananın, anbarın və binadaxili su təchizatı və kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına isə cavabdehliyi MTK özü daşıyır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1369 Tarix: 27 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrBu marşrutların hərəkət sxemləri dəyişdirildi
Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə
8 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrSumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl
8 oktyabrBir manata görə üç il həbs cəzası aldı
Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. -a istinadla xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onu
7 oktyabrSabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var
7 oktyabr