Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.
Mayın 28-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır. Bunlar "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.
"Cümhur İttifaqı"nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
Səsvermə yerli vaxtla saat 17:00-da başa çatacaq
Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.
"Ata İttifaqı" siyasi blokunun namizədi Sinan Oğan 5,17 % səs yığıb. Seçkilərə bir neçə gün qalmış prezidentlik yarışından geri çəkildiyini elan edən Məhərrəm İncə isə seçicilərin 0,43 faizinin etimadını qazanıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1126 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə
7 oktyabrPentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır
"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar
8 oktyabrFTB ABŞ-da ticarət mərkəzinə hücumun qarşısını alıb
ABŞ Federal Təhqiqat Bürosu, müstəntiqlərin fikrincə, hücumu hazırlayan 18 yaşlı bir kişini həbs etməklə Mall of America ticarət mərkəzinə edilən hücumun qarşısını alıb. xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib. Niyyətlərini sübut etmək üçün FTB agentləri ona tüfəng və sursa
8 oktyabrBu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ
8 oktyabrLitva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabrABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabr