Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizi layihəsi təqdim edildi

Asiya və Avropa arasında yeni nəqliyyat dəhlizi layihəsi təqdim edildiİraq hakimiyyəti şənbə günü bu Yaxın Şərq ölkəsinin neftlə zəngin cənub bölgələrini Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirəcək və ticarəti böyük ölçüdə asanlaşdıracaq dəmir yolları və avtomobil yollarını özündə birləşdirən nəqliyyat və logistika sistemi – "İnkişaf Yolu" layihəsinin başlandığını elan edib.

Layihənin təqdimatı Bəhreyn, İordaniya, İran, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Bağdadda açılan konfransda baş tutub.

"İnkişaf yolu" bütün İraq iqtisadiyyatını canlandırmaq üçün güclü stimul və İraqla qonşu dövlətlər üçün perspektivli imkandır", - İraqın baş naziri Məhəmməd əl-Sudani forumun açılışında deyib.

Onun sözlərinə görə, layihə İraqda "region ölkələrinə müasir sənaye məhsullarının ixracatçısına çevrilməyə imkan verəcək" nəqliyyat və logistika qovşağının yaradılmasına yönəlib.

Planlara əsasən, əsas nəqliyyat marşrutları Fars körfəzi sahillərində yerləşən böyük Fao limanına bağlanacaq. "İnkişaf Yolu" çərçivəsində İraqı qonşu dövlətlərlə birləşdirəcək yüksək sürətli avtomobil yolları ilə birləşdirilən 1200 km-dən çox dəmir yolu modernləşdirilərək tikiləcək. Layihənin dəyəri təqribən 17 milyard dollar qiymətləndirilir. Respublika rəsmiləri sərmayələrin əhəmiyyətli hissəsinin ərəb ölkələrindən, xüsusən də Fars körfəzi monarxiyalarından daxil olacağını güman edirlər.

İraq hökumətinin nümayəndəsinin sözlərinə görə, layihənin praktiki icrasına başlanılması gələn ilin əvvəlinə planlaşdırılır. Planlaşdırılan göstəricilər yerinə yetirilərsə, "İnkişaf Yolu" 2029-cu ildə başa çatdırıla bilər.

Təhlilçilər əmindirlər ki, layihə faktiki istismar mərhələsinə qədəm qoyduqda yüklərin Asiyadan Avropaya və əks tərəfə çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda hələ də əsas nəqliyyat dəhlizi olan Misirin Süveyş kanalı ilə ciddi rəqabət apara biləcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 848   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

Türkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə

7 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq

Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy

7 oktyabr
.

İstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Qaynarinfo bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsind

8 oktyabr
.

Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər

Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə

7 oktyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında

7 oktyabr
.

Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"

"Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunurlar". "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-c

8 oktyabr