"Putinin başına bir iş gəlsə…" - Lavrov açıqladı

"Putinin başına bir iş gəlsə…" - Lavrov açıqladıRusiyanın xarici işlər naziri hesab edir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin təhdidlərinə görə Qərb dövlətləri cavab verməlidir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Vadim Skibitski bir neçə gün əvvəl Rusiya prezidenti ilə bağlı dedikləri geniş rezonans doğurub. O bildirib ki, kəşfiyyat Vladimir Putini öldürməyə çalışır. "Die Welt" qəzetinə müsahibəsində Skibitsky "Putin Baş Kəşfiyyat İdarəsinin hədəfləri arasında siyahının başındadır" deyib. General bunu belə izah edib ki, "çünki Putin Ukrayna müharibəsində baş verənləri əlaqələndirir və qərarlar verir".

Onun sözlərinə görə, kəşfiyyatın siyahısının ən başında Rusiya prezidenti ilə bərabər "Vaqner" özəl hərbi birləşməsinin lideri Priqojin də var, o cümlədən Ukraynaya hər gün zərbələr endirmək əmri verən generalların da məhv edilməsi prioritet məsələdir. Onun fikrincə, "Rusiya prezidenti ona təhlükənin getdikcə yaxınlaşdığını hiss edir, özünün öldürülməsindən də qorxur".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu hədəylə bağlı danışıb. Lavrov "ABŞ və Böyük Britaniyanın bu bəyanatın nə dərəcədə adekvat olduğunu yəqin ki, təhlil edirlər" deyib. Lavrov hesab edir ki, Qərb bu sözlərə görə cavab verməlidir. "Mən şübhə etmirəm ki, Vaşinqtonda və Londonda oturan "kuklaçılar" bu insanların nə qədər adekvat olduqlarını düşünməyə başlayıblar".

Xarici işlər naziri Ukrayna kəşfiyyatı rəhbərinin "harada olur-olsun bütün rusları öldürmək təhdidindən" sonra Rusiyanın dövlət başçısına qarşı da bu cür hədə ciddi düşünməyə əsas verir. Diplomatın fikrincə, "söz sərçə deyil və bu deyilənlərə görə Qərb cavab verməlidir"

Kremlin sözçüsü Dmitri Peskov da Skibitskinin sözlərinə cavab olaraq bildirib ki, Kiyev mübarizədə "terror üsullarını qəbul edir".

Dmitri Peskov Birinci Kanala müsahibəsində " bu o deməkdir ki, Kiyev rejimini de-fakto və de-yure dəstəkləməklə Vaşinqton, London, Paris, Berlin və kollektiv Qərbin həm də terrorçu iş üsullarını dəstəkləyir" deyib.

Ukrayna hakimiyyətinin nümayəndələri ilk dəfə deyil ki, Rusiya prezidentini məhv etmək planları haqda danışırlar. Bundan əvvəl Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov da Putini Ukrayna üçün "qanuni hədəf" adlandırmışdı. Eyni zamanda o qeyd edib ki, dövlət başçısını aran götürmək məqsədəuyğun deyil, bu səbəbdən Ukrayna kəşfiyyatı buna cəhd göstərmir. Onun sözlərinə görə, Kiyev "Ukraynanın tam qələbəsinə qədər bu dünyanın istənilən yerində rusları öldürməyə davam edəcək".

Kreml sözçüsü isə Budanovun sözlərini dəhşətli adlandırmışdı. "Bizim xüsusi xidmət orqanlarımız var ki, bu cür bəyanatlar fonunda lazım olan hər şeyi edəcək" deyə, Peskov xatırladıb.

Budanov isə sonradan sözlərinin kontekstdən çıxarıldığını söyləyib: "Bu dediklərimin bir az kəsilmiş versiyasıdır. Mən hərbi cinayətkar olan ruslar haqda danışmışam ".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2753   Tarix: 28 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

Vens: "İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır"

İran ABŞ-la müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır. "Report"un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Reuters"ə müsahibəsində deyib. "Əgər nüvə silahı istəmirsinizsə, onda uranı niyə 60 faizə qədə

7 oktyabr
.

İstanbuldan Ər-Riyada uçuşlar bərpa olunub

Flightradar24-ün 8 oktyabr tarixli məlumatlarına görə, İstanbuldan Ər-Riyada uçan iki Türk Hava Yolları təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb. xəbər verir ki, ilk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb İstanbula qayıdıb və saat 23:20-də eniş edib. TK14

8 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı

ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd

7 oktyabr
.

Rusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var

Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa

8 oktyabr
.

Rusiya Ukraynada sərnişin avtobusuna zərbə endirib: 33 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna zərbə endirib, nəticədə 33 nəfər ölüb və 18 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib. "Kramatorskda içərisində sərnişinləri

8 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr