Bayden Makkarti ilə büdcə məsələsində razılığa gəlib
ABŞ Prezidenti Cozef Bayden Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə büdcə məsələsində razılığa gəlib.
ABŞ lideri bu barədə tviterdəki hesabında yazıb.
"Bu axşam (yerli vaxtla-red) spiker Makkarti (Nümayəndələr Palatasının spikeri Kevin Makkarti-red) ilə büdcə ilə bağlı prinsipial razılığa gəldik. Bu, işləyən insanlar üçün kritik proqramları qorumaq və hamı üçün iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, xərclərin azaldılması istiqamətində irəliyə doğru atılmış mühüm addımdır.
Saziş mənim əsas prioritetlərimi və Konqresdəki Demokratların qanunvericilik uğurlarını qoruyur. Razılaşma güzəştdir, yəni hər kəs istədiyini almır. Bu, rəhbərliyin məsuliyyətidir. Saziş Amerika xalqı üçün yaxşı xəbərdir, çünki o, fəlakətli defolt və iqtisadi tənəzzülə, pensiya hesablarının boşalmasına və milyonlarla iş yerinin itirilməsinə səbəb ola biləcək hadisələrin qarşısını alır. Növbəti gün danışıqlar qruplarımız qanunvericilik mətnini yekunlaşdıracaq, razılaşma Birləşmiş Ştatların Nümayəndələr Palatasına və Senatına təqdim olunacaq", - Bayden qeyd edib.
Yerli mətbuat isə bildirib ki, Ağ Evin nümayəndələri və respublikaçı konqresmenlər ölkədə defoltun qarşısını almaq üçün aparılan danışıqlarda ABŞ-ın dövlət borcunun tavanının artırılması və büdcə xərclərinin azaldılması ilə bağlı prinsipial razılıq əldə olunub.
Qeyd edilir ki, razılıq şənbə günü keçirilən məsləhətləşmələrdə əldə olunub. Bu, ABŞ-da defoltdan qaçmağa kömək edəcək.
Daha əvvəl Cozef Bayden bildirib ki, ABŞ administrasiyası və Konqres ölkədə defoltun qəbuledilməz olması ilə razılaşıb.
Report.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 838 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabrRusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var
Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa
8 oktyabrTürkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb
Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə
7 oktyabr"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb
Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun
7 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabrİstanbulda yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çöküb. Qaynarinfo bu barədə "TRT Haber"ə istinadən xəbər verir. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan şəxslərin olduğu bildirilir. Onların axtarış-xilasetmə işlərinə başlanıb. Hadisə nəticəsind
8 oktyabrFinlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər
Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib. Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadə
7 oktyabrABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabr