"Cənab Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə yenidən lider olması bütün Türk dünyasının qələbəsidir" - DEPUTAT
"Bu gün tək Türkiyə vətəndaşları deyil, Azərbaycan xalqı da Rəcəb Tayyib Ərdoğanın möhtəşəm zəfərini qeyd edir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, hər zaman olaraq yenə də cənab prezident İlham Əliyev möhtəşəm zəfər münasibətilə Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider oldu. Bilirsiniz ki, cənab prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ilk səfər olaraq Azərbaycana dəvət edib. Hazırda bütün Azərbaycanda Rəcəb Tayyib Ərdoğanın qələbəsi qeyd olunur. Əminliklə söyləyə bilərik ki, bu gün Türkiyə xalqı özünün uğurlu gələcəyinə, dövlətinin daha güclü olmasına və inkişafına səs verdi".
Deputat vurğulayıb ki, növbəti illərdə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri daha da möhkəmlənəcək:
"Bundan sonra da qarşımıza qoyduğumuz hədəflərə birlikdə nail olaraq düşmənlərimizi bütün cəbhələrdə məğlub edəcəyik. Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən böyük səs çoxluğu ilə lider olması bütün Türk dünyasının qələbəsidir. Əminəm ki, Rəcəb Tayyib Ərdoğanla Türkiyə-Azərbaycan münasibətləri də daha möhkəm təməllərlə inkişaf edəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1160 Tarix: 28 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa
7 oktyabrAzər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabrAzərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?
Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur. Sakinlər istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyirlər. Maraqlıdır, bəs görəsən, istilik mövsümü təyin olunan vaxtdan əvvəl başlaya bilərmi?. Məsələ ilə bağlı -a açıqlamasınd
7 oktyabrŞahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov təqaüdə göndərilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Qeyd edək iki, V.Qurbanov 2009-cu ildən başlayaraq DGK-nı
8 oktyabr"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərini
8 oktyabrBu marşrutların hərəkət sxemləri dəyişdirildi
Paytaxtın Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) -a verilən məlumata görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkə
8 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabr