Emin Ağalarov atasının şirkətindən AYRILDI

Emin Ağalarov atasının şirkətindən AYRILDIAzərbaycanlı müğənni və biznesmen, Xalq artisti Emin Ağalarov atasına məxsus "Crocus Group" şirkətindən ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Crocus Group"un birinci vitse-prezidenti vəzifəsindən ayrılan Emin Ağalarov bundan sonra diqqətini özünün layihələri üzərində cəmləşdirmək niyyətində olduğunu bildirib.

"Biz atamla ("Crocus Group"un sahibi Araz Ağalarov - red.) danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək", - o qeyd edib.

Emin Ağalarov şirkətdən getməsini şəxsi layihələrinin olması ilə izah edib. "Hazırda mən öz layihələrimlə - "Sea Breeze" kurort şəhərinin, fitness klublar şəbəkəsinin, eləcə də restoranlar şəbəkəsinin inkişafı ilə məşğulam ", - deyə Xalq artisti əlavə edib.

Qeyd edək ki, Emin Ağalarov 2001-ci ildən "Crocus Group"da çalışıb, 2014-cü ildən şirkətin birinci vitse-prezidenti olub. Şirkət Moskva vilayətində "Crocus Expo" sərgi mərkəzinə, "Crocus City Hall" konsert zalına, "Vegas" ticarət və əyləncə mərkəzlərinə və "Tvoi Dom" hipermarketlərinə sahibdir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3266   Tarix: 30 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyaca məşhur aktyordan Hande Erçelə sürpriz həmlə!

"Elite" serialındakı Ander Muñoz rolu ilə dünya şöhrəti qazanan ispan aktyor Arón Piper türkiyəli aktrisa Hande Erçeli İnstaqramda izləməyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Piperin bu addımı sosial mediada diqqət çəkib. İki aktyorun indiyədək birlikdə çalışdığı məlum layih

29 sentyabr
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

4 oktyabr
.

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24 sentyabr
.

Naomi Kempbell Bakıda - Video

Məşhur model Naomi Kempbell Azərbaycana gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə 56 yaşlı model sosial şəbəkə hesabında paylaşım edib. O, Bakıda Formula 1 oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib. Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvə

24 sentyabr
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20 sentyabr
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

1 oktyabr
.

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?

Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib. Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə bi

23 sentyabr
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr