Azərbaycanda kosmik obyektlərin və onların hissələrinin aşkarlandığı yerlərdə karantin tətbiq olunacaq
Azərbaycanda kosmik obyektlərin və onların hissələrinin aşkarlandığı yerlərdə karantin tətbiq olunacaq
Azərbaycanda kosmik obyektlərin və onların hissələrinin aşkarlandığı yerlərdə karantin tətbiq olunacaq
Kosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol veriləcək.
Sonxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində fəaliyyət həyata keçirilərkən ətraf mühitin qorunması, ekoloji və texniki təhlükəsizlik tələblərinə riayət edilməsi üçün müvafiq olaraq "Ətraf mühitin mühafizəsi haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında" və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan tədbirlər görülür.
Kosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikasının ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədbirlər görülür, habelə qəza ərazisində kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilir.
Reyestrdə qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin idarə edilməsi milli kosmik operator tərəfindən həyata keçirilir. Bu zaman Reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi milli kosmik operatoru kosmik obyektin müvəqqəti idarə edilməsi imkanı ilə təmin etməlidir.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki