MM-in komitə sədri: "Aylardır "Ərdoğan getməlidir" manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı"

MM-in komitə sədri: "Aylardır "Ərdoğan getməlidir" manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı""Aylardır "Ərdoğan getməlidir" manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı".

Sonxeber.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 30-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mayın 28-də Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu:

"On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqımızın mənəvi-siyasi iradəsinin ifadəsi idi. Prezident İlham Əliyevin təbrikində millətimizin Ərdoğana minnətdarlıq hissinin Qarabağ zəfəri ilə bağlılığının bir daha vurğulanması Bakı meydanlarında minlərlə insanın coşğusunda, milyonların insanın sevincində nümayiş olundu. İkinci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır "Ərdoğan getməlidir" manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı".

Komitə sədri bildirib ki, Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu:

"Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın Zəfər kursu davam etməlidir. Türkiyə müxalifətinə özünü yaxın sayan, "orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar" deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu".

Deputat söyləyib ki, qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğunun kimi də dəyərləndirilə bilər:

"Prezident İlham Əliyev 2018-ci il seçkilərinin ardınca Ulu Öndərin 100 illiyində yeni hakimiyyət quruculuğunu əzmlə davam etdirir. Mərkəzi və yerli idarəetmə orqanlarında inqilabi dəyişikliklər, yeni partiyalar sistemi, neftə alternativ - "yaşıl" enerji iqtisadiyyatı, yeni siyasi elitanın formalaşdırılması Vətən müharibəsində qələbədən sonra daha da güclənib. Türkiyədə 90 faizə yaxın seçicinin gələcək taleyini özü müəyyən etməsi ölkəmizdə də aktiv seçki mühitinə təkan verir və partiyalardan kənarda qalan, qeyri-siyasi topluma aid edilən və kənar təsirlərə həssas təbəqənin siyasi proseslərə fəal cəlbini tələb edir".

Z.Oruc vurğulayıb ki, "Azərbaycan 100 ili" adlı yeni konsepsiyanın, o cümlədən II Qarabağ müharibəsində qələbəmizin tək lideri İlham Əliyevin gələcək seçkilərdə haqlı legitim qələbəsinin "yol xəritəsi"nin hazırlanması bir nömrəli məsələdir:

"Konstitusion islahatların zərurəti, eləcə də Xankəndidə məskunlaşan ermənilərlə birgəyaşayış və inteqrasiya siyasi hüquq və azadlıqlara həssas yanaşmanı şərtləndirir. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcək. Ona görə də zəfərimizə geridönməz xarakter vermək, Böyük qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədə seçkilərdəki qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1017   Tarix: 30 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işlərinə oktyabrın 7-də saa

7 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Gürcüstana gedənlərə şad xəbər: Artıq vaxt itirmədən, bir neçə dəqiqəyə səyahət sığortasını onlayn almaq mümkündür

Gürcüstana səfər planlaşdıran vətəndaşlar üçün səyahət sığortasının əldə olunması artıq daha rahat və sürətli şəkildə həyata keçirilə bilər. "SIGORTA online" platforması Gürcüstana səfər edənlərə sərhəd tələblərinə uyğun səyahət sığortasını tam onlayn formada təqdim edir. İstifadəçilər sığort

7 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr