"Prezident İlham Əliyev Ermənistanı Laçını bir güllə atmadan azad etməyə məcbur etməklə ilk növbədə tarixi ədaləti bərpa etdi" -ŞƏRH
"Prezident İlham Əliyevin Laçın səfəri və Laçına Böyük Qayıdışa start verməsi Onun ləyaqətli siyasət yürüdən böyük siyasətçi, sözün əsl mənasında, qlobal miqyaslı qüdrətli lider olduğunu növbəti dəfə nümayiş etdirdi. Laçın bizim üçün prinsipial məsələ idi, çünki işğalının kökündə milli xəyanət durmuşdu".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Prezident İlham Əliyev Ermənistan və havadarlarını Laçını bir güllə atmadan azad etməyə məcbur etməklə ilk növbədə tarixi ədaləti bərpa etdi.
"Laçına Böyük Qayıdışın başlanması isə artıq mənəvi məsələ idi. Ulu Öndər son gününə qədər Laçına qayıdacağımıza sidq ürəklə inanırdı. Cənab Prezident özü də 11 il əvvəl laçınlılara azad və abad Laçın vəd vermişdi və vədini reallaşdırmaqla bu illər ərzində onun fəaliyyətinin təməlində məhz milli maraqlar dayandığını bir daha sübut etdi.
Laçın səfərində ən mühüm məqamlardan biri qayıdışın 28 may tarixində baş tutması oldu. Hər vəchlə cümhuriyyət irsinə iddialı olan, amma müstəqilliyin ilk ili tamam olmamış Laçını satan, indi isə cümhuriyyətçiliyi hər il Novxanıda Rəsulzadənin abidəsi önündə şou göstərməkdən ibarət olan radikal ünsürlərdən fərqli olaraq Azərbaycan hakimiyyəti 28 mayda Laçında müstəqillik təntənəsi, cümhuriyyət şöləni yaşatdı.
Azərbaycan Prezidentinin Müstəqillik Günündə "28 may", "Xosrov bəy Sultanov", "Zəfər" və "Heydər Əliyev" küçələrinin açılışını etdiyi lövhələri bu torpaqların mənəvi demarkasiyası oldu, əzəli və əbədi sahibinin kim olduğunu göstərdi.
Bəli, cənab İlham Əliyev 28 mayda Laçın ləkəsini tariximizdən birdəfəlik sildi, amma Laçın üzərindən hakimiyyəti zəbt etmiş adamların alnında Laçın ləkəsi həmişə qalacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki