"İsxak Hersoqun ölkəmizə səfəri Azərbaycan-İsrail arasında münasibətlərin inkişafına yeni səhifə açacaq" - DEPUTAT
"İsrail Azərbaycana yaxın dost və tərəfdaş ölkədir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri möhkəm təməllər üzərində qurulub:
"Xalqlarımız bir-birimizin dilinə, dininə, mədəniyyətinə hər zaman hörmət və ehtiramla yanaşıb. Hazırda ölkələrimiz arasındakı hər bir sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Bilirsiniz ki, İsrail 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb.1993-cü ildə isə İsrailin Azərbaycanda səfirliyi açılıb.Keçən bu illər ərzində Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə əməkdaşlıq ən yüksək səviyyəyə çatıb. Bu gün əminliklə deyə bilərəm ki, Azərbayca-İsrail arasındakı qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Deputat vurğulayıb ki, bu gün Azərbaycanın-İsrail arasındakı əməkdaşlıq bölgədə sülhə və əmin-amanlığa xidmət edir:
"Hər bir rəsmi səfər isə iki ölkə arasındakı əlaqələrin dərinləşməsinə və yeni əməkdaşlıq sahələrinin artırılmasına xidmət edir.İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun və birinci xanım Mixal Hersoqun ölkəmizə səfəri Azərbaycanın regionda və dünyadakı roluna verilən ən böyük qiymətdir.
Hesab edirəm ki, Azərbaycanın İsraildə səfirliyinin rəsmi olaraq fəaliyyətə başlaması və İsrail prezidenti İsxak Hersoqun ölkəmizə səfəri Azərbaycan-İsrail arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə, ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki