"Unudulmaqda olan uşaq oyunları" festivalı keçirilib - FOTOLAR
İyunun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Unudulmaqda olan uşaq oyunları" festivalı keçirilib.
Tədbirə şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin övladları və digər həssas kateqoriyadan olan uşaqlar da daxil olmaqla, umumilikdə 500-ə yaxın iştirakçı qatılıb. Festivala gələn uşaqlar Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən "Bənövşə", "Dəsmal aldı, qaç", "Ənzəli", "Çiləmə", "Əl üstə kimin əli", "Xan-vəzir" kimi oyunların mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alıb, həmçinin həmin oyunlarda iştirak ediblər.
Tədbirdə fərdi qaydada oynanan 5 oyun üzrə yarış da təşkil edilib. "Beş daş", "Dəyirman", "Usta-şagird", "Çilingağac" və "Fincan-fincan" oyunları üzrə keçirilən yarışlarda uğur qazanan ilk 3 yerin qalibləri mükafatlandırılıb.
Dəqiq yaranma tarixi məlum olmayan bu oyunlar xalqımızın müxtəlif dövrlərdə mövcud olan adət-ənənələrini, etnoqrafiyasını, məişətinin fərqli cəhətlərini, əyləncə dünyasını özündə yaşadan qədim folklor janrlardandır.
Tədbir boyu davam edən əyləncəli proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək, onların gününə əlavə rəng qatıb.
Festivalın təşkilinə RİİB və "Qoru" gənclər təşəbbüs qrupunun könüllüləri yaxından dəstək veriblər.
Qeyd edək ki, festival unudulmaqda olan uşaq oyunlarının təşviqi, yaşadılması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda uşaqlara iradə, mübarizə əzmi, özünə inam və bu kimi şəxsi keyfiyyətlərin, humanist dəyərlərin təlqin edilməsi məqsədilə keçirilib.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1473 Tarix: 01 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrCəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama
"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd
8 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrİlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?
Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı
7 oktyabrElza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi
Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo
7 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabr