Hesablama Palatası: "Yenidən baxılan "Büdcə zərfi"ndə fiskal risklərə yer verilməyib"

Hesablama Palatası: "Yenidən baxılan "Büdcə zərfi"ndə fiskal risklərə yer verilməyib"Yenidən baxılan "Büdcə zərfi"ndə fiskal risklər barədə məlumatlara yer verilməyib, Hesablama Palatası bəzi risklərin mövcud olduğu qənaətinə gəlib.

Sonxeber.az xəbər verir ki, bu barədə Palatanın "2023-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə makroiqtisadi proqnozlarda kənarlaşmalar, neftin qiymətinin və hasilat həcmlərinin azalması, inflyasiya təzyiqləri, pensiya təminatı sisteminin maliyyə dayanıqlılığı, dövlət büdcəsinə təmin edilən ödənişlər üzrə imtiyazların genişləndirilməsi, dövlət müəssisələri, yoluxucu xəstəliklərin o cümlədən pandemiyanın yeni ştammlarının yayılması, iqlim dəyişiklikləri əsas fiskal risklər kimi qeyd edilib.

Bundan əlavə, Rəydə ortamüddətli dövr üçün digər risklərə - bəzi sahələr üzrə əsaslı xərclərin azalmasının kompensasiya edilə bilinməməsi, cari xərclərin büdcədə payının əhəmiyyətli yüksəlməsi, xəzinədənkənar əməliyyatların və xəzindənkənar qalıqların həcminin əhəmiyyətli olması, vahid xəzinə hesabının sərbəst qalığından vəsaitin ayrılması, dövlət borcuna xidmətlə bağlı xərclərdə faiz ödənişlərində artım ehtimalının olması, resessiya ehtimallarının makrofiskal çərçivəyə təsirinə diqqət yetirilib.

"Aparılan təhlil hər 2 qrup üzrə bəzi risklərin (məsələn, makroiqtisadi proqnozlarda kənarlaşmalar, neftin hasilatının azalması, dövlət borcuna xidmətə dair xərclərdə faiz ödənişlərində artım, vahid xəzinə hesabının sərbəst qalığından vəsaitin ayrılması və s.) baxılan dövr ərzində reallaşdığını göstərir. 2023-cü ilin makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib", - deyə Rəydə qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 781   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya liderlərinin görüşündən sonra ziyafət təşkil olunub - VİDEO

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra konsert proqramı təşkil olunub. Dövlət başçıları və tədbir iştirakçıları üçün təqdim olunan konsert proqramında müxtəlif musiqi və səhnə nümunələri nümayiş etdirilib. Konsert proqramında

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

8 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Bakının altı rayonunda su niyə hələ də verilməyib?

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini

7 oktyabr
.

İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsinin növbəti iclası keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanı

7 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr