Bakıda ər arvadı ilə başqasının yazışmasını tutdu: Kişini oğurladılar, təhqir edib videoya çəkdilər - MƏHKƏMƏ
Bakı Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Zamiq Vəliyev və Saqif Məmmədovun (hər iki şəxsin ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Zamiq Vəliyev 3 il 1 ay və Saqif Məmmədov isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Zamiq Vəliyev qohumu, Saqif Məmmədovla zərərçəkmiş Alim Həsənovun (ad, soyadı şərti) həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə barədə razılıq əldə edib və cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib.
Belə ki, 2019-cu il tarixdə, saat 21:30 radələrində Zamiq Vəliyev həyat yoldaşının istifadəsində olan "Nokia" markalı mobil telefonundakı yazışmalardan zərərçəkmiş ilə intim əlaqəsi olmasını güman edib. O, Alim ilə həmin mobil telefon vasitəsilə arvadının adından "WhatsApp"da yazışaraq onu intim əlaqədə olmaq adı ilə aldadıb, qisas niyyəti ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi "Vulkan dağı" adlanan ərazinin yaxınlığında olan nömrəsiz fərdi yaşayış evinə dəvət edib. Zərərçəkmiş saat 23.00 radələrində həmin evin giriş qapısına gəlib. Zamiq Saqiflə birlikdə onun qolundan tutub, fiziki zor tətbiq etməklə həmin fərdi yaşayış evində saxlayıblar.
Həmin şəxslər orada Alimin cinsiyyət orqanını kəsəcəyi hədəsi ilə lüt soyunmasını tələb edib, dizi üstə oturtmaqla Zamiqin həyat yoldaşı ilə münasibətləri haqqında suallara cavab verməyə məcbur ediblər. Onlar zərərçəkmiş şəxsi telefon ilə çəkiblər. Daha sonra Zamiqlə Saqif onu şillə və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək burun sümüklərinin yerdəyişməyən sınığı, burunun qançırı və sağ gözün qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırı kimi sağlamlığı qısa müddətə pozan yüngül zərər vurublar.
Daha sonra onlar zərərçəkmiş şəxsi polis orqanına təhvil vermək adı ilə əllərini arxadan iplə bağlayıblar, zor tətbiq ediblər.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3195 Tarix: 11 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş
Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i
27 oktyabrAmansızlıqla qətlə yetirilən Fatimənin - Fotosu
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Amansızlıqla qətl
8 oktyabrQazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışovun ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı gecə saat 01 radələrində Qobustan qəsəbəsində baş verib. Belə ki, 1996-cı il təvəllüdlü İlkin Bayram oğlu Baxışov yaşadığı evdə şüşəni yumruqla sındırmas
29 sentyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrRamiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
15 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrŞamaxıda qadın su çənində boğuldu
Şamaxı rayonunda 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhər sakini 1976-cı il təvəllüdlü Piriyeva Pakizə Gülaməddin qızı həyətindəki su çəninə düşüb. O, suda boğularaq vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı
11 noyabr