Əri Rusiyada olan qadın başqası ilə münasibət qurdu, bunu bilən oğlu isə... - Bakıda DƏHŞƏTLİ QƏTL

Əri Rusiyada olan qadın başqası ilə münasibət qurdu, bunu bilən oğlu isə... - Bakıda DƏHŞƏTLİ QƏTLBakının Sabunçu rayonunda 1978-ci il təvəllüdlü Tural qısqanclıq zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Tural həmin gün yaşadıqları evdə həyat yoldaşı Cəmilə ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı həyat yoldaşına 6 bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Xəyanət edəcəyini ağlıma gətirmədim"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, təxminən hadisədən 9 ay əvvəl tikinti sahəsində işləyib pul qazanmaq üçün Rusiyanın Moskva şəhərinə gedib: "Orada olduğum müddətdə demək olar ki, hər gün həyat yoldaşım və uşaqlarım ilə telefonla əlaqə saxlamışam. Ay ərzində bir neçə dəfə olmaqla "Zolotoy Korona" pul köçürmə sistemi vasitəsi ilə onlara pul göndərmişəm. Təxminən son 2-3 ay ərzində hiss etdim ki, həyat yoldaşım Cəmilənin mənə qarşı münasibəti soyuqdur. Biz telefonla danışan zaman Cəmilənin gah fikri məndə olmayıb, gah zənglərimə cavab verməyib, gah da "WhatsApp" sosial şəbəkəsində danışan zaman tez-tez görüntünü bağlayıb. Mən də şübhələndim ki, Cəmilə mənimlə danışdığı anda başqa kiminləsə də SMS-lə yazışıb. Lakin buna baxmayaraq onu acılamadım, mənə xəyanət edəcəyini ağlıma gətirmədim".

"Bu, mənə çox pis təsir etdi"

Turalın sözlərinə görə, 10 noyabr 2022-ci ildə günorta saatlarında Moskvada olan zaman kiçik oğlu Cəlil ona "WhatsApp" sosial şəbəkəsində görüntülü zəng edib və Cəmilənin Rasim adlı keçmiş iş yoldaşı ilə tez-tez telefonla əlaqə saxladığını bildirib: "Hətta oğlum həyat yoldaşım ilə Rasim arasında olan səs yazılarını da mənə göndərdi. Bundan sonra oğluma tapşırdım ki, heç bir hərəkət etməsin, özüm Bakı şəhərinə qayıdaraq məsələni həll edəcəm. Cəmilənin bu hərəkəti mənə çox pis təsir etdi. Buna görə də qərara gəldim ki, dərhal Bakıya qayıdıb, onunla söhbət edim".

"Bildirdi ki, nə pis hərəkətimi görmüsən"

Tural qeyd edib ki, noyabrın 11-də Bakı şəhərinə gəlib: "Məni oğlum Cəlil qarşıladı və ac olduğumdan birlikdə Savalan yaşayış massivində yerləşən "Savalan" kafesinə getdik. Böyük oğlum Səlim də kafeyə gəldi. Biz axşam saat 20.00-a qədər kafedə olduq. Orada olduğum müddətdə 200 qram araq içdim. Orada Cəmilənin mənə xəyanət etməsi ilə bağlı heç nə danışılmadı. Axşam saatlarına qədər kafedə Cəmilənin işdən çıxaraq evə gəlməsini gözlədim. Saat 21.00-da uşaqlarım ilə birlikdə yaşadığımız evin yaxınlığına gəldik. Evin qapısına çatanda uşaqlarıma bildirdim ki, maşında əyləşsinlər, evdə Cəmilə ilə dərdləşəcəm. Həmin vaxt hava yağışlı və soyuq idi. Evin qapısını döydüm, gördüm ki, qapı arxadan bağlıdır. Əvvəllər heç vaxt evimizin giriş qapısı bağlı olmayıb. Adətən yalnız evin həyət qapısını bağlamışıq. Qapını döyəndə Cəmilə elə bildi ki, gələn oğlumdur. Cəmilə qapını açaraq məni görəndə təəccübləndi və həyəcanlı şəkildə donaraq qaldı. Mən Cəmiləyə sual verdim ki, ay Cəmilə, bu nə oyundu mənim başıma açmısan. Cəmilə isə cavabında bildirdi ki, bu nə danışıqdı, mənimlə danışırsan, yenə səni kim qızışdıraraq üstümə salıb, nə pis hərəkətimi görmüsən".

"Demək olar ki, özümdə olmamışam"

Təqsirləndirilən şəxs qeyd edib ki, Cəmilənin əlində telefon olduğunu görüb və ona verməyini tələb edib: "Cəmilə isə telefonu mənə vermək əvəzinə, dəhlizin baş tərəfindəki hamam otağına tərəf qaçdı. Mən dərhal Cəmilənin arxasınca qaçdım, arxa tərəfdən sağ əlim ilə onun saçından tutaraq sifət nahiyəsindən bir neçə yumruq zərbəsi vurdum. Sonra isə telefonu zorla əlindən aldım. Baxanda gördüm ki, həqiqətən də onun Rasim adlı şəxslə arasında "SMS" danışıqları var. Bundan sonra özümdən çıxdım. Aqressiv şəkildə Cəmilədən "bu nə danışıqlardı" deyə soruşdum. Cəmilə isə mənim ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxtı demək olar ki, özümdə olmamışam. Sonra baş verənləri xatırlamamışam. Lakin özümə gələndə evin yaxınlığında uzandığımı və üzərimə yağış yağdığını xatırlamışam".

"Polislərə təslim oldum"

Tural bildirib ki, Cəmilənin öldürdüyünü anladıqdan sonra Rusiya mobil operatoru vasitəsi ilə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etmək istəsə də, telefonunda Rusiya nömrəsi olduğu üçün zəng baş tutmayıb: "Bundan sonra Cəmilənin telefonu ilə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək cinayət hadisəsi törətdiyimi bildirdim. Daha sonra kanalın qırağında olarkən uşaqlarım polislərin gəldiyini dedilər. Mən də gedərək polislərə təslim oldum".

"Oğlunun şər atdığını bildirdi"

Təqsirləndirilən şəxs deyib ki, Moskvadan Bakıya Cəmilənin ona xəyanət edib-etmədiyini araşdırmaq üçün gəlib: "Cəmilənin mənə xəyanət etdiyini kiçik oğlum deyib. Cəmilənin xəyanət etdiyini böyük oğlum bilməyib. Cəmiləni vuran zaman məndən imdad dilməsini belə xatırlamıram. 1 il əvvəl Cəmilənin mənə xəyanət etməsindən şübhələndiyim üçün aramızda mübahisə yaranmışdı. Lakin bir müddət sonra barışdıq. Mənə oğlum hadisə baş verməzdən bir müddət əvvəl demişdi ki, Rasimlə Cəmilənin arasında münasibət var. Bu barədə Cəmilədən soruşduq da, oğlunun ona şər atdığını bildirdi".

"Münasibətləri heç də yaxşı olmayıb"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anasının sözlərinə görə, mərhum qızı Cəmilə 2000-ci ildə Tural ilə ailə həyatı qurub, onların nikahından iki oğlan və bir qız övladları dünyaya gəlib: "Tural tikinti sahələrində ustalıqla məşğul olub, Cəmilə isə uşaqlar böyüyənə qədər evdar qadın olub. 2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Cəmilə ''Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən "Həsən Holding" adlanan şirkətdə aşbaz köməkçisi işləməyə başladı. 2021-ci ildə isə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadimə işlədi. Qızım Cəmilənin əri Tural ilə münasibəti bu illər ərzində heç də yaxşı olmayıb. Daim evlərində söz-söhbət olub. Cəmilə dəfələrlə acıq edərək ata evinə qayıtsa da, sonradan ailəsini nəzərə alaraq Turalı bağışlayıb və geri qayıdıb".

Hüquqi varisin sözlərinə görə, hətta 2022-ci ilin yanvar ayında Tural ilə Cəmilə arasında sözlü mübahisə olduğu üçün onlar boşanma ilə bağlı Xəzər rayonunda yerləşən Mediasiya Şurasına müraciət ediblər, "Tural boşanma ilə bağlı çağırışlara gəlməyib, üzrxahlıq edərək ailəsi ilə barışdı. Təxminən ötən ilin əvvəllərində Tural işləmək üçün Moskva şəhərində getdi. Həmin ilin noyabrın 11-də, saat 21-22 radələrində evdə olarkən oğlum bizə gəldi, Turalın Cəmiləni bıçaqla vurduğunu dedi. Oğluma bu məlumatı Cəmiləgilin qonşusu verib. Bunu eşidən kimi taksi ilə ora getdim. Ora çatanda həkimlərdən Cəmilənin öldüyünü öyrəndim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3245   Tarix: 09 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri

2 aprel
.

Azər Qasımlıya hökm oxunub

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib, Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuro

11 mart
.

Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində "Süleyman" yazılmış döymə var

Fevralın 11-i saat 22:30 radələrində Bakı-Quba istiqamətində yerləşən ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, naməlum sürücü idarə etdiyi naməlum markalı avtomobillə Quba istiqamətind

11 mart
.

70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu

İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hökm oxunub

27 aprel
.

Zamin Zəkiyə hökm oxunub

"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda

11 mart
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

Könül Həmzəyeva axtarışa verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsind

10 mart