Şahzadə Harri "Kral Əlahəzrətləri" titulundan məhrum edilib
Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin "Kral Əlahəzrətləri" titulunu yığışdırıb.
Kral ailəsinin hər bir üzvünün yer aldığı "The Royal Family" (Kral Ailəsi) bölməsində Şahzadə Harri və Meqan Marklın adları səhifənin aşağısına köçürülüb.
Məlumata görə, bu, Şahzadə Harri və Meqan Marklın kral ailəsinin işləyən üzvlərinin vəzifələrini buraxaraq Böyük Britaniyadan ABŞ-yə köçdükdən üç il sonra baş verib.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. Sasseks hersoqu "Kral ailəsinin "böyük" üzvlərinin fəaliyyətindən uzaqlaşmaq və daha çox maliyyə cəhətdən müstəqil olmaq üçün işə başlamaq niyyətindəyik", - deyə bildirib.
2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur amerikalı aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik "Spare" kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib.
Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 749 Tarix: 09 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Voyniçin sirli əlyazması orta əsrin şifrəsi ola bilər - Alimlər heyrətdədir
Uzun müddət dünyanın ən sirli kitabı hesab edilən və XV əsrin əvvəllərinə aid olan Voyniç əlyazması, naməlum şrift və bitkilərin, astroloji diaqramların, qalaların və insan fiqurlarının qəribə təsvirləri ilə doludur. Uzunmüddətli araşdırmalara baxmayaraq, alimlərdən heç biri onun kim tərəfindən yazıldığını
7 yanvarTramp: "ABŞ istənilən halda Qrenlandiyaya sahib olacaq"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı almaq istədiyini və buna istənilən yolla nail olacağını bildirib. -ın TASS-a istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə verib. D.Tramp hazırda Qrenlandiyanı hər hansı şəkildə almağı cidd
10 yanvarAvropa donacaq: Temperatur -20 dərəcəyə enəcək
Qar yağışı və dondurucu soyuqlar Avropanın bir çox şəhərində həyatı iflic edib. Qaynarinfo xəbər verir ki, mütəxəssislər yaxın günlərdə temperaturun mənfi 20 dərəcəyədək enə biləcəyini bildirirlər. Avropanı təsiri altına alan arktik mənşəli soyuq hava dalğası gücünü artırır. Meteorologiya mütəxəssislər
7 yanvarVenesueladan İsveçrəyə 113 ton qızıl daşındığı üzə çıxdı
Venesuelada iqtisadi böhranın dərinləşdiyi illərlə bağlı diqqətçəkən yeni faktlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, rəsmi qeydlərə görə, hazırda ABŞ-də mühakimə olunan Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətinin ilk dövründə - 2013-2016-cı illər arasında ölkənin qızıl ehtiyatlarında
8 yanvarABŞ qüvvələri Karib dənizində "Sofiya" neft tankerini ələ keçiriblər
ABŞ ordusu Karib dənizinin beynəlxalq sularında üzən "Sofiya" tankerini ələ keçirib. xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı bu barədə sosial mediada məlumat yayıb. Bildirilir ki, tanker sanksiya altına düşüb və Karib dənizində qanunsuz fəaliyyətlə məşğul olub. Məlumat
7 yanvarPakistan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırdı
Pakistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İran İslam Respublikasına səfər etməkdən çəkinməyə çağırıb. xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat verilib. Pakistan təhlükəsizlik səbəbindən İran İslam Respublikasına bütün vacib olmayan səfərlərdən çəkinməyi tövsiyə edir
10 yanvarÇin alimləri Marsda suyun nə vaxt olduğunu aşkarladı
Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Çinli alimləri "Zhurong" roveri tərəfindən əldə edilən məlumatları araşdırdıqdan sonra, 750 milyon il əvvəl Marsın dörd metr qalınlığında çöküntü təbəqəsi olan daimi su mühitinə malik olduğunu aşkar ediblər. Qaynarinfo xəbər veri
8 yanvar