Şagirdlərin sağlamlığına təhlükə: 2,5 manata məktəbli köynəkləri SATILIR - VİDEO
Ötən gün sosial şəbəkələrdə yeni məktəbli köynəkləri ilə bağlı paylaşım olub. Paylaşımda məktəbli köynəyi alıcılara 2 manat 50 qəpiyə təqdim edilir. Qiymətin bu qədər ucuz olması ciddi müzakirələrə yol açıb. Çünki bu qiymətə satılan köynəyin hansı keyfiyyətdə olması ciddi şübhə doğurur.
Məsələ ilə əlaqədar Bizim.media-ya açıqlama verən Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov bildirib ki, istənilən malın maya dəyəri olur:
"Məktəbli köynəyinin də öz maya dəyəri var. Maraqlıdır ki, bu köynəyin maya dəyəri neçəyə çıxır ki, onu 2 manat 50 qəpiyə satırlar?! Bu, işbazların oyunudur. İnsanların heysiyyəti ilə oynayırlar.
Bu qiymətə təklif edilən köynəyin keyfiyyəti barədə danışmaq yersizdir. Bu cür ucuz məhsullar keyfiyyətsiz olması ilə yanaşı, həm də insan orqanizmi üçün çox ciddi təhlükə mənbəyidir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, 2 manat 50 qəpiyə məktəbli köynəyinin satılması ciddi narahatlıq doğurur:
"Belə hallar ona görə baş verir ki, 10 ildən artıqdır məktəbli forması ətrafında müzakirələr gedir, lakin konkret nəticəyə nail olunmur. Ölkəmizdə 1,5 milyondan artıq şagird var. Bu qədər şagirdin geyimi üçün ən azı dörd-beş iri fabrik açmaq olar ki, bu ehtiyacı ödəsin.
Bu da həm iş yeri, həm yerli istehsalın artımı, həm də valyutanın ölkəmizdə qalması deməkdir. Di gəl ki, hər il bu məsələ ətrafında müzakirə aparılsa da, real iş yoxdur. Ona görə də işbazlar dövriyyəyə girirlər. Məktəb direktorları ilə sövdələşən işbazlar valideynləri formanı özlərinin qoyduqları qiymətə almağa məcbur edirlər. Bu da ancaq təəssüf doğurur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1833 Tarix: 10 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
4 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabr