Bakıda qəribə hadisə: Tunelə "işığı söndürün, həyatım tort üfürəcək" pankartı asdı, həbs edildi
Bakıda "işığı söndürün, həyatım tort üfürəcək" plakatını tuneldən asan şəxs həbs edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1989-cu il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-Kut şəhərində anadan olmuş və hazırda Bakıda yaşayan Taleh Rayiz oğlu Cəbiyev xırda xuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Belə ki, 8 avqust tarixində, saat 18:30 radələrində tanışı olan xanım Taleh Cəbiyevdən üzərinə "işığı söndürün, həyatım tort üfürəcək" və digər sözlər yazılmış pankart hazırlayaraq, "Şəfa" stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. O, pankartı yol hərəkətini tənzimləyən vasitələrin üzərinə asdıqdan sonra, yolun ortasında dayanaraq şəkil çəkdirib və həmin fotonu tanışı olan xanıma göndərib.
Bu zaman yol-patrul xidmətinin (YPX) əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib və yol hərəkətini tənzimləyən vasitələrin üzərini nə üçün örtdüyünü soruşub. Taleh isə ona "get işinlə məşğul ol" deyərək, səs-küy salıb və pankartı sökməyəcəyini bildirib.
YPX əməkdaşı dərhal hadisə yerinə post-patrul xidməti (PPX) çağırıb. Bu zaman Taleh hadisə yerindən qaçmağa çalışsa da, qarşısı alınıb.
Məhkəmənin qərarı ilə Taleh Cəbiyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2002 Tarix: 10 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"WhatsApp"da yeni funksiya
"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide
5 oktyabrApteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
4 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabr