Veysəloğlu Şirkətlər Qrupu bölgələrdə soyuq anbarlarının sayını artırır
"Araz" supermarketlər şəbəkəsi yerli təsərrüfatlara töhfə verir
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehlakçıları yerli və təbii məhsullarla təmin etmək üçün fermerlərlə birbaşa əməkdaşlığı genişləndirir. Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsü təsərrüfatların inkişafını stimullaşdırmağa, idxal məhsullardan asılığı azaltmağa və kiçik sahibkarları dəstəkləyərək ölkəmizdə dayanıqlı inkişafa töhfə verməyə xidmət edir.
VŞQ ölkənin önəmli istehsal bölgələrində soyuq depolarının sayını artırır. Mingəçevir və Salyanla yanaşı, artıq Xaçmaz bölgəsində də saxlama məntəqəsi yaradılıb və pomidor istehsalçıları ilə əldə edilən razılaşmaya əsasən məhsul yığımına başlanılıb. Hazırda saxlama məntəqəsində toplanan məhsulların qısa zamanda qablaşdırılıb soyuq zəncir prosesinə uyğun olaraq "Araz" supermarketlər şəbəkələrinə çatdırılması üçün infrastruktur yaradılır.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının bölgələrdə qəbuluna ötən il "Şəmkir Aqroparkı"nda başlanıb. Aqroparkda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı fermerlerin işini asanlaşdırıb. Bölgədəki fermerlərin məhsulları yerində alınıb, "AVT Logistics" şirkətinə məxsus soyuduculu tırlar ilə gündəlik olaraq mağazalara çatdırılır.
"Növbəti hədəflərdən biri də Salyan anbarındakı fəaliyyəti genişləndirməkdir. Bu bölgədə xüsusən qış mövsümündə mandarin, portağal, feyxoa, kinkan, limon kimi məhsulların birbaşa istehsalçılardan alınmasını təmin etmək üçün fəaliyyətlərimiz davam edir. Əsasən yerli kartof almaq üçün Tovuz, İsmayıllı, Qazaxda birbaşa fermerlərlə razılaşmalı əkin həyata keçirilir və bu məhsulların yüksək texnoloji kartof saxlama depolarında mühafizə edilərək keyfiiyyətli şəkildə alıcılara çatdırılması planlaşdırılır", - deyə Qrupun meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan vurğulayıb.
Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Dönər həvəskarlarına PİS XƏBƏR
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto