Qarabağ Qazisi Gəncə Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Gəncə Şəhər İcra Hakimiyyəti məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, icra orqanının işindən narazı olan Abdinov Mətin Nazim oğlu Gəncə İnzibati Məhkəməsinə müraciət edib.
Hakim Fikrət Hüseynovun icraatına verilən məhkəmə işlinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdən ibarətdir.
Bildirək ki, Abdinov Mətin Nazim oğlu II Qarabağ Döyüşlərində 19 oktyabr tarixində Xocavəndin işğalçılardan azad olunması uğrunda döyüş əməliyyatında iştirakı zamanı ilk dəfə ayağından qəlpə yarası alaraq yaralanmış, lakin yaralansa da döyüş meydanında tabeliyindəki şəxsi heyəti tək qoymayaraq düşmənə sarsıdıcı zərbələr endirərək, onların canlı qüvvəsini və texnikasını məhv etmişdir. Sonradan Şuşa istiqamətində əks hücum zamanı noyabr ayının 3-də düşmənin minaatanlarının zərbəsi nəticəsində ağır yaralanaraq çoxsaylı qəlpə yaraları alıb.
Abdinov Mətin Nazim oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyi üçün "Hərbi xidmətlərə görə" , "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Döyüşlər zamanı Baş leytenant olan Abdinov Mətin Nazim oğlu, sonradan kapitan rütbəsinə yükləsilb.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 740 Tarix: 11 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Demensiyadan qoruyan ideal yuxu müddəti AÇIQLANDI
Yuxu çatışmazlığı və normadan artıq yatmaq xəstəlik ehtimalını artırır. xəbər verir ki, bu barədə"PLOS One" jurnalında dərc olunan araşdırmada qeyd edilib. Araşdırma bildirilib ki, gündəlik 7-8 saatlıq yuxu demensiyanın (ağıl zəifliyi) inkişaf riskinin ən aşağı səviyyədə olması ilə birbaş
27 aprelSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEO
Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Baku TV-nin məlumatına görə, Coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir. Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətində
26 aprelHava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı: Sabahdan...
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı
26 aprelXankəndidə ictimai nəqliyyatda NFC və QR ödəniş sistemi
25 aprel tarixindən etibarən Xankəndi şəhərində ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinin tətbiqinə başlanılır. "K-Group" MMC tərəfindən həyata keçirilən yeniliyə əsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödəniş imkanlarından istifad
27 aprelİki avtomobilin arasında qalaraq öldü
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Şorsulu kəndində "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. Qəza zamanı "Qazel"in yanında olan kən
27 aprel