Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı - Video

Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı - VideoVeysəloğlu Şirkətlər Qrupu ölkənin və cəmiyyətin rifahı üçün səmərəli addımlar ataraq müxtəlif istiqamətdə Korporativ Sosial Məsuliyyət (KSM) layihələr həyata keçirir.

Təhsilə dəstək, gələcəyə investisiya

Dayanıqlı inkişafa töhfə verməyi əsas hədəf bilən Şirkətlər Qrupu təhsilə investisiya edərək, artıq 4 ildir ki, "Gələcəyini qur" layihəsini dəstəkləyir, məktəblilərin universitetə hazırlıq dövründə onlara yardım edir.

Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi qazilər üçün 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması mövzusunda təlimi keçib və nəticədə qazilər Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyası tərəfindən rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikatlarla təmin edib.

Qadınlar üçün karyera imkanları

Veysəloğlu Şirkətlər Qrupu qadınların həm iş yerində, həm də cəmiyyətdə inkişafını dəstəkləməyə davam edir. Belə ki, Şirkətlər Qrupu ötən il BMT-nin "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması" layihəsinə qoşulub.

"OBA" marketlər şəbəkəsi də "Qadının gücü" sosial layihəsi çərçivəsində qadınların karyera həyatını dəstəkləyir. Belə ki, şirkət hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır. Bundan əlavə, qadınlar üçün müxtəlif təlim və seminarlar keçirilir.

Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı - Video"Araz" supermarketlər şəbəkəsi qadınların emosional sağlamlığını da düşünərək "Günəşə salam" layihəsi həyata keçirib. Layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq olub.

Qarabağın dirçəlişi prioritetdir

Şirkətlər Qrupu ölkə üçün dəyər yaratmaq missiyasına sadiq qalaraq ötən ildən etibarən Qarabağın Dirçəliş Fonduna ianələr edib.
Bu ilin iyun ayında Zəngilanın Ağalı kəndində tarlaların suvarılması üçün Qarabağ Dirçəliş Fonduna suvarma avtomobili təqdim edilib.

Veysəloğlu Şirkətlər Qrupu bu il həmçinin Ağdamın İmarət kompleksinin bərpasına dəstək məqsədi ilə təşkil edilən "Qarabağ Gecəsi" konsertinin baş sponsoru olub.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq "Qayıdış" Qəhrəmanlara Dəstək sərgisi də təşkil edilib. Artıq 2 ildir ki, sərgidən əldə olunan gəlir "YAŞAT" fonduna ianə edilir.

"Veysəloğlu" uşaqların xəyallarını gerçəkləşdirir

Şirkətlər Qrupu uşaqları daim diqqət mərkəzində saxlayır. Belə ki, Azərbaycanın ən ucqar kəndlərindən biri olan Xınalıqda, həmçinin digər ucqar rayonlarda yeni il ərəfəsində uşaqları "OBA"larımızın Şaxta babaları" sevindirdi.

Bilik Günü ərəfəsində isə "OBA" marketlər şəbəkəsi Vətən müharibəsi şəhidlərinin bir qisminin evində qonaq olub və məktəbliləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.

Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı - Video"Veysəloğlu Distribusiya" 1 iyunda şirkət əməkdaşlarının övladları üçün Şamaxıda "Əylənərək öyrənək" layihəsini həyata keçirib.

"Araz" supermarketlər şəbəkəsi isə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində yerləşən N saylı hərbi hissənin hərbçiləri ilə övladlarını görüşdürüb.

Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı - Video"OBA" bu ilin mart ayında Daun sindromlu insanlarla bağlı maarifləndirmə aparmaq, gənclərə yeni bacarıqlar qazandırmaq, onların sosiallaşmasına dəstək olmaq məqsədi ilə "Günəşin övladları" layihəsini həyata keçirib.

"OBA Market" həmçinin "Xəyalların izində" layihəsi çərçivəsində rayonlara səyahətlər edərək uşaqlar üçün unudulmaz gün təşkil edir.

Ətraf mühit və cəmiyyət üçün dəyər yaradılır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz" supermarketlər şəbəkəsi, "Veysəloğlu Distribusiya", "Ulduz" Şokolad Fabriki, "AVT Logistics" və "OBA" marketlər şəbəkəsi hər biri Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.

Ətraf mühit ilə bağlı fəaliyyətlərə nümunə olaraq "OBA" marketlər şəbəkəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Təmiz dünya, sağlam həyat" şüarı altında ekoloji layihə həyata keçirilib. Aksiya çərçivəsində Zirə qəsəbəsi sahillərinə yaxın ərazilər plastik və digər tullantılardan təmizlənib.

Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı - VideoHəmçinin, "Araz" supermarketlər şəbəkəsi "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsini həyata keçirib, ictimaiyyəti bu mövzuda maarifləndirib.

"Araz" kiçik dostlarımızı da unutmayaraq, küçədə yaşayan heyvanları qida və su ilə təmin edib, veterenarlar vasitəsi ilə heyvanların müalicəsi təmin edilib.

Həssas qruplara sevgi və qayğı ilə yanaşılır

KSM tədbirlərdə aktiv iştirakına görə "Araz" supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən "Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş", "Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş" və "Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş" kimi 3 nominasiyada mükafatlandırılıb.

"OBA Market" isə "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş" nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı "OBA" tərəfindən işlə təmin olunub.

Bundan əlavə, Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə ərzaq yardımı edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 871   Tarix: 11 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021