Zakir Fərəcovu məhkəməlik edən bacısı oğlu bankdan külli miqdarda kredit götürübmüş - Görün nəyə xərclənib

Zakir Fərəcovu məhkəməlik edən bacısı oğlu bankdan külli miqdarda kredit götürübmüş - Görün nəyə xərclənibXəbər verdiyimiz kimi, "Paşa Bank" Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan "Sumqayıt Nəqliyyat-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəSumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır.

32gun.az xəbər verir ki, Azərbaycan Qanunvericiliyini kobud şəkildə pozaraq rəhbərlik etdiyi dövlət icra orqanının tabeliyindəki MMC-yə öz bacısı oğlunu təyin edib.

Saytımıza daxil olan məlumata görə, iİcra baçısının bacısı oğlu Elgiz Fərəcov Novruz oğlu "Sumqayıt Nəqliyyat-1" MMC-yə rəhbər rəhbər təyin olduqdan sonra şəhərin nəqliyyat təsərrüfatının yenilənməsi adı ilə sözügedən bankdan külli miqdarda kredit götürüb.

Amma buna baxmayaraq Sumqayıt əhırində hələ də Ziya Məmmədovun dövründə alınana, istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Götürülən kreditin aqibətindən isə heç bir xəbər yoxdur.

Ehtimal edilir ki, sözügedən vəsaitin böyük hissəsi zakir fərəcovun qeyri-rəsmi özünəməxsus biznes obyektlərinin tikintisi təmirinə xərclənib.

Qeyd edək ki, İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək. Ehtimal olunur ki, odəniş olması üçün vaxt təyin ediləcək.

Xatırladaq ki, KİV-də yayılan məlumata görə, Fərəcovlar ailəsinin biznes imperiyasını təqdim edir:

RESTORAN və OBYEKTLƏR:

Sumqayıtda "Şahənə" şadıq sarayı

Novxanıda dəniz kənarında "Kalyon" restoranı

Yeni Bulvar ərazisində "Dəniz"restoranı

Sumqayıtın girişində OS- OİL

Sumqayıtda "İST" petrol (50% onundur)

Sumqayıtda "Səda Store"

13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)

Sumqayıt bulvarına bitişik yaşayış massivi

Kuşadasında "Norf" adı altında "Bistro" kafesi, sushi və balıq restoranı

Sumqayıtın 44-cü məhəlləsində "NORF" adlı şirəli içkilər istehsalı

Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı

Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi

"Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı

MƏNZİL və VİLLALAR:

Qurd dərəsi və Novxanı bağlarında 6 villası

Corat kəndində 1 villası

İzmirin Kuşadasında villası

Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil

Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil

Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa

Novxanıda hektarlarla bağ sahəsi

Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.

ŞİRKƏTLƏR:

"Əsnayə MMC" şirkəti (kürəkəni Əkrəmindir)

"LC-2008 MMC" şirkəti (kürəkəni Müşviqindir)

"RAMİL-2000" Fərdi Firması (kürəkəni Müşviqindir)

"Ruslan-S" tikinti şirkəti (qardaşı oğlunundur)

Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.

QOHUMLUQLAR:

Qardaşı millət vəkili Nazim Fərəcov

Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov

Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır)

Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov

Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov

Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə

Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı

Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.

Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyev. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev

Qardaşının qudası Karvan" Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov

Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF" adlı içkilər buraxır.

Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.

Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır.

Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2416   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Zelenski: "Vurulan Türkiyə gəmisində azərbaycanlılar da olub"

"Rusiya tərəfinə məxsus iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyənin taxıl daşıyan mülki gəmisinə zərbə endirib. Məlumata görə, gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olublar. Hazırkı məlumatlara əsasən, hücum nəticəsində gəmi kapitanı həyatını itirib. Daha bir nəfəri

5 oktyabr
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

3 oktyabr
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

4 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr