Rusiya Zaporojye vilayətinə desantçılar yerləşdirdi
"Rusiyanın desant qoşunları, ehtimal ki, Xersondan Zaporojye bölgəsinə köçürülüb. Bu, Rusiyanın Ukraynanın cənubunda, Dnepr çayının sol sahilindəki müdafiəsini zəiflədə bilər".
Bu məlumatı Britaniya Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.
Bildirilib ki, rusiyalılar, çox güman, Xerson vilayətindən Zaporojye vilayətinin Orexov istiqamətində hava-desant qoşunlarının bölmələrini yerləşdiriblər. Bu bölgəyə Rusiya Federasiyasının 58-ci ordusu cavabdehdir.
Kəşfiyyat qeyd edib ki, Rusiyanın 70-ci və 71-ci motoatıcı alayları da tükənib və böyük itkilər verib. Desantçıların köçürülməsi rusiyalılara imkan verəcək ki, alayların bərpa edilməsi üçün onları geri çəksin.
"Lakin bununla belə, ehtimal ki, yerdəyişmə Dnepr çayının şərq sahili boyunca Rusiyanın müdafiəsini zəiflədəcək. Bu bölgədə isə Ukrayna desant qüvvələrinin daha çox hücum ehtimalı var", - deyə vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 878 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
ABŞ və İsrailin İranda apardığı əməliyyat zamanı ən azı 390 amerikalı hərbi qulluqçu yaralanıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Daha əvvəl Pentaqon 380 amerikalı hərbçinin yaralandığını açıqlamışdı. Əsgərlərin əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının hücumlar
12 aprelABŞ qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq
ABŞ Londonun İrana qarşı əməliyyatda iştirakdan imtina etməsinə görə öz qoşunlarını Böyük Britaniyadan çıxarmayacaq. "Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "Sky News"un efirində bildirib. Onun sözlərinə görə, Vaşinqton Londona qarşı cavab addımlar
12 aprelTramp Vaşinqtonda dünyanın ən böyük zəfər tağını ucaldacaq
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda dünyanın ən böyük zəfər tağını inşa etmək niyyətində olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social"da yazıb. Trampın sözlərinə görə, onun administrasiyası gələcək tikilinin layihəsini və inşaat planların
12 aprelUqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb
ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib. məlumat veri
12 aprelİsrail Ordusu Livanda raket qurğusunun məhv edildiyini bildirib
İsrailin Müdafiə Ordusu Livan ərazisinə gecə hücumu zamanı raket buraxılışı qurğusunun məhv edildiyini açıqlayıb. "Report"un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusu bildirib. "Gecə Müdafiə Ordusu İsrailə doğru mərmi atmağa hazır vəziyyətə gətirilən raket buraxılışı qurğusun
12 aprelKolumbiya Ekvadora aid mallara rüsumları 100%-dək artıracaq
Kolumbiya Ekvadora aid mallara rüsumları 30%-dən 100%-dək artırmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kolumbiyanın Ticarət, Sənaye və Turizm Nazirliyinə istinadən məlumat yayıb. Qərar, ticarət-diplomatik münaqişəsinin kəskinləşməsi fonunda bir gü
12 aprel