"Xəzər günü"nü təmizlik işləri ilə qeyd etdilər
2006-cı il avqustun 12-də dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix Xəzər Günü kimi qeyd olunur.
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə avqustun 12-də Xəzər Gününə həsr olunmuş sahilyanı təmizlik aksiyası keçirildi.
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və "Təmiz Şəhər" ASC tərəfdaşlığı ilə baş tutan təmizlik aksiyası Bilgəh qəsəbəsində yerləşən çimərlikdə 100 nəfərdən çox könüllü gəncin iştirakı ilə həyata keçirilib. Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd Xəzərətrafı sahillərin çirklənməsinin qarşısının alınması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlik ərazisindəki məişət tullantılarını toplayaraq, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil vermişdir. Daha sonra iştirakçılar və yerli əhali Xəzər dənizinin sahilində yerləşən Abşeron Milli Parkında "Xəzərin mühafizəsində birik, birlikdəyik!" devizi altında təşkil olunan tədbirdə iştirak ediblər. İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorinalar keçirilib, qum üzərində müxtəlif oyunlar, velosiped gəzintisi, çimərlik voleybolu və çərpələng uçurtma kimi əyləncələr təşkil olunub.
Xəzər Günü Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən "Şah Dili"yə səyahətlə yekunlaşıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 727 Tarix: 12 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, 1956-cı ildə anadan olan aktyor uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrınd
26 aprelAzərbaycan-Ukrayna əlaqələrinin inkişaf perspektivləri
Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Bu əlaqələrin inkişafı yalnız iki dövlətin milli maraqlarının uzlaşması ilə deyil, həm də regional və qloba
27 aprelİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi özünün "Telegram" kanalında İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olduğunu qeyd edib. xəbər verir ki, Abbas Əraqç
27 aprelŞakiranın konsertinə hazırlıq zamanı bir nəfər ölüb
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib. xarici mediaya istinadən xəbər verir ki, konsert üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib. Dövlət yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirili
27 aprelAzərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat
26 aprelQeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ
Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən
26 aprelAbituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək
"2027-ci ildə tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə abituriyentlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM
27 aprel