ABŞ və İran arasında məhbus mübadiləsi - İran bu beş amerikalı üçün 6 milyard dollar əldə edəcək
Tehran və Vaşinqton arasında uzun illər sonra ilk dəfə olaraq məhbus mübadiləsi baş tutacaq.
İran casusluq ittihamı ilə saxladığı beş amerikalının ölkəni tərk etməsinə icazə verəcək, ABŞ isə bunun müqabilində ölkədə saxlanılan bəzi iranlıları sərbəs buraxacaq və İran sanksiyalara görə dondurulmuş 6 milyard dollarlıq aktivinə çıxış əldə edəcək.
ABŞ Dövlət Departamentindən verilən məlumata görə, İranda casusluq ittihamı ilə həbs edilən Siamak Namazi, Emad Sharghi, Morad Tahbaz və iki ABŞ vətəndaşı, eləcə də adı açıqlanmayan bir nəfər qadın həbsdən azad edilərək ev dustaqlığına buraxılıb.
ABŞ mediasına danışan rəsmilər bildiriblər ki, razılaşmaya əsasən, İranın Cənubi Koreyadakı 6 milyard dollarlıq aktivi Qətər mərkəzi bankına köçürüləcək və yalnız humanitar ehtiyaclar üçün istifadə olunacaq. Qətərə pul köçürüldükdən sonra ABŞ-dan olan 5 nəfərin sərbəst buraxılacağı bildirilib.
Qeyd edək ki, ABŞ vətəndaşı Siamak Namazi 2015-ci ildə iş məqsədi ilə İrana gedən zaman saxlanılıb. Onun neft şirkətində müdir işlədiyi bildirilir. Namazi "düşmən dövlət ilə əməkdaşlıq" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. İslam Respublikasında həbsdə olan digər ABŞ vətəndaşı Emad Shargi isə 2018-ci ildə həyat yoldaşı ilə İranda səfərdə olarkən saxlanılıb. Shargi 2020-ci ildə "casusluq" ittihamı ilə 10 il həbs cəzasına məhkum edilib. Böyük Britaniya və ABŞ vətəndaşlığı olan Morad Təhbaz da 2018-ci ildə saxlanılıb və "ABŞ hökuməti ilə əlaqədə olmaq" ittihamı ilə 10 il müddətinə həbs edilib.
Azpolitika.info
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 677 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabrYeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmayacaq
Yeni Zelandiya Kanadanın təşəbbüsü ilə yaradılan və məqsədi NATO üzv ölkələrinin militarizasiyasını maliyyələşdirmək olan Müdafiə, Təhlükəsizlik və Sabitlik Bankına (DSRB) qoşulmaq təklifini rədd edib. xəbər verir ki, bu barədə RNZ radiostansiyası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb
5 oktyabrBBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər
BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
5 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabrİranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
4 oktyabr