Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının bağlanış mərasimi olub
Avqustun 12-də Heydər Əliyev Mərkəzində Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - "Bakı 2023" layihəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov tədbirdə çıxış edərək Bakının mədəni mübadilə üçün beynəlxalq mərkəzə çevrildiyini, müxtəlif ölkələrdən olan gənclər arasında səmərəli dialoqları inkişaf etdirdiyini vurğulayıb.
"Gənclərin gücünə çox inanır, onların yerli və beynəlxalq ictimaiyyətə müsbət təsir göstərə biləcək bütün təşəbbüslərini dəstəkləyirik", - deyə R.Cabbarov bildirib.
Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov açıq dialoqa və pozitiv dəyişikliklərə eyni dərəcədə maraq göstərən müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələrinin Bakıda bir araya gəlməsinin önəmini vurğulayıb:
"Bu on gün ərzində biz gənclərlə birlikdə işləməyin necə böyük fərqliliklər gətirə biləcəyini müşahidə edə bildik. Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu və onun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi tədbirin hər mərhələsində güclü dəstək göstərdi. Heydər Əliyev Fondu Azərbaycanda və dünyada humanizmi, əməkdaşlığı təbliğ edən layihələrin həyata keçirilməsi ilə məşğul olan xeyriyyə təşkilatıdır. Fond Mehriban xanım Əliyevanın fədakar rəhbərliyi sayəsində innovasiya və yardım mərkəzinə çevrilib. İlkin olaraq sosial və mədəni təşəbbüslərə yönəldilən Fondun fəaliyyətinin əhatə dairəsi illər ərzində genişlənib. Fond bu gün gənclərin inkişafı, ictimai səhiyyə, iqtisadiyyat və Azərbaycan mədəniyyətinin xaricdə təbliği sahələrində təşəbbüslərlə çıxış edir, layihələr həyata keçirir. Bundan əlavə, Heydər Əliyev Fondunun tabeliyində olan "Regional İnkişaf" İctimai Birliyi gənclərin cəmiyyətdəki rolunun artırılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Hazırda İctimai Birliyin müxtəlif yaş kateqoriyalarına və sosial qruplara aid mindən çox könüllüsü müxtəlif istiqamətlərdə təcrübə qazanır".
Gəncləri Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edən Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin prezidenti Məhəmməd Əliyev tədbiri yeni innovativ hadisənin başlanğıcı və gənclərin nailiyyətlərinin simvolu adlandırıb. O qeyd edib ki, gənclər gələcəyi formalaşdıran qüvvədir:
"Bizim kimi insanlar yerli icma ətrafında böyük dəstəkləyici təsir göstərə biləcək gələcək liderlərdir. Böyük nailiyyətlər kiçik addımlardan başlayır, uğurun təməlini fərd olaraq insan özünəinamı ilə qoyur".
Sonra tərəfdaşlara sertifikatlar təqdim olunub. Sessiya estafeti qardaş ölkə Türkiyəyə ötürülüb.
Tədbir bədii hissə ilə davam edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Su qiymətinə alırdıq, indi 100 MANATA SATILIR - VİDEO
İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? - SƏBƏBİ BƏLLİ OLDU
Evdən çıxmazdan əvvəl eyvana PLASTİK BUTULKA BAĞLAYIN
Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular
XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Mayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR
Dollar saxlayanlara şad XƏBƏR
Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım ALACAQ
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
"WhatsApp"dan YENİLİK - Mesajları tək-tək oxumağa son
Almaxanımla bağlı suala ƏSƏBİLƏŞDİ