Qərbin "SANKSİYASI" – Almaniya texnikalarının İranda nə işi VAR?
"Son bir neçə gündür "Bosch" şirkətinin 2016-2018-ci illərdə İrana satdığı müşahidə kameralarının fars-molla rejimi tərəfindən ölkə ərazisində qadınların təqibi prosesini gücləndirilməsi məqsədilə istifadə etməsinə dair qalmaqallı xəbərlər Qərbin insan hüquq və azadlıqları ilə bağlı ikili yanaşmalarını yenidən gündəmə gətirdi.
Almaniya kimi faşist ideologiyasının dağıdıcı nəticələri ilə uzun illər mübarizə aparmış və bugün demokratik dəyərlərin daşıyıcısı olaraq qlobal sistemdə nüfuz qazanmış bir ölkəni təmsil edən Bosch şirkətinin belə addım atması əslində maraqlar və dəyərlər arasında dilemma yarandığı zaman dəyərlərin necə asanlıqla gözardı edildiyini bir daha nümayiş etdirmiş oldu".
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, xüsusilə bir məsələni nəzərə almaq lazımdır ki, istehsal olunan texniki avadanlıqların İran ərazisində hansı məqsədlərlə istifadə edilə biləcəyini proqnozlaşdırmaq "Bosch" kimi qlobal bir şirkət üçün heç də çətin olmamalı idi:
"Hətta şirkət əməkdaşlarının 2017-ci ildə Tehranda video müşahidə üzrə təlim kursu keçməsi faktı da sənədlərlə ifşa olunub. Bu proseslərin İrana qarşı sanksiyaların yumşaldığı dövrə təsadüf edib-etməməsindən asılı olmayaraq, həmin vaxtdan bugünə qədər İranda təqibə olunan, həbs edilən, işgəncələrə məruz qalan, edam edilən bütün qadınların hüquqlarının tapdalanmasında bilavasitə bu şirkətin də əli olduğunu istisna etməməliyik.
Belə olan halda, birləşmiş Qərbin ikili standartlarının və selektiv yanaşmalarının hökm sürdüyü qlobal sistem daxilində bərabərlikdən, insan hüquq və azadlıqlarından danışmaq artıq öz əhəmiyyətini itirmiş olur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 691 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabrYeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmayacaq
Yeni Zelandiya Kanadanın təşəbbüsü ilə yaradılan və məqsədi NATO üzv ölkələrinin militarizasiyasını maliyyələşdirmək olan Müdafiə, Təhlükəsizlik və Sabitlik Bankına (DSRB) qoşulmaq təklifini rədd edib. xəbər verir ki, bu barədə RNZ radiostansiyası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb
5 oktyabrBBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər
BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
5 oktyabrTramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü
5 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabrİranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
4 oktyabr