LAVROV AĞDAM YOLUNUN AÇILMASINI TƏKLİF EDİB – "Bakı geri çəkilmir"

LAVROV AĞDAM YOLUNUN AÇILMASINI TƏKLİF EDİB – "Bakı geri çəkilmir"Rusiyanın "Kommersant" qəzeti dövlət strukturunun bir məmuruna istinadla yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağa humanitar yüklərin gətirilməsi ilə bağlı mübahisənin aradan qaldırılması üçün Ağdam və Laçın yollarının açılmasını təklif edib.

Həmin məmurun sözlərinə görə, bu təkliflə əvvəlcə həm Azərbaycan rəsmiləri, həm də separatçılar razılaşıblar.

Regionda yaranmış vəziyyətlə tanış olan bu məmur deyib ki, Lavrov əvvəlcə Ağdam yolunun açılmasını və bu yolla Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçilyi ilə bütün lazımi yüklərin gətirilməsini və düz bir sutkadan sonra Laçın dəhlizində hərəkətin bərpasını təklif edib.

Lakin Rusiya məmurunun sözlərinə görə, separatçılar Laçın yolunun bir gün sonra deyil, eyni gündə açılmasını və Qarabağa Azərbaycan mənşəli malların gətirilməməsini tələb ediblər. Bunun ardınca isə Vaqif Xaçaturyanın saxlanması baş verib və nəticədə kompromis alınmayıb.

"Kommersant" qəzetinin müsahibi deyib ki, Moksva vəziyyəti "çox ağır" olaraq qiymətləndirir və Bakının heç bir güzəştə hazır olmadığını düşünür: "Vəziyyəti sakitləşdirmək üçün bizim, qərblilərin, beynəlxalq təşkilatların bütün cəhdləri heç bir fayda vermir. Bakı geri çəkilmir".

Məmurun sözlərinə görə, bu gərginliyin sonunda Ağdam yolu açılacaq.

Azpolitika.info


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 11652   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Yeni Zelandiya NATO-nun müdafiə bankına qoşulmayacaq

Yeni Zelandiya Kanadanın təşəbbüsü ilə yaradılan və məqsədi NATO üzv ölkələrinin militarizasiyasını maliyyələşdirmək olan Müdafiə, Təhlükəsizlik və Sabitlik Bankına (DSRB) qoşulmaq təklifini rədd edib. xəbər verir ki, bu barədə RNZ radiostansiyası ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb

5 oktyabr
.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Tramp administrasiyası Rusiyada mümkün vəba epidemiyasını izləməyə başlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyada şübhəli vəba xəstəliyi və bununla bağlı karantin tədbirləri barədə məlumatları izləyir. xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Axios-a bildirib. Onun sözlərinə görə, administrasiya hadisələrdən "xəbərdardır" və vəziyyətin inkişafı üçü

5 oktyabr
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz

4 oktyabr
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

4 oktyabr