Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 769 min manatlıq tenderini bu QHT necə qazanıb?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 769 min manatlıq tenderini bu QHT necə qazanıb?Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili" ilə bağlı elan etdiyi tenderi başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar Təlim və Resurs Mərkəzi" İctimai Birliyi olub. Qalib seçilən şirkətə 769 085 manat ödəniləcək.

Tender əsasən "İcmalarda təbliğat və təşviqat tədbirləri: Potensial maraqlı tərəflərin (icmalar, yerli qurumlar və digər təşkilatlar) layihədən daha çox xəbərdar olmalarını təmin etmək məqsədilə Layihə tərəfdaşları - yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, özəl sektor nümayəndələrinin və icmaların iştirakı ilə məlumatlandırma, təbliğat və izahat tədbirlərin keçirilməsi: Hədəf ərazilərdə təbliğat fəaliyyətlərinin həyata keçirilməsi üçün müxtəlif alət və metodologiyalardan istifadə edilməsi; Proqram barədə zəruri məlumatları əks etdirən təbliğat vasitələrindən istifadə etməklə potensial benefisiarlar arasında iştirakçılığın təmin olunması, İcmaların məlumatlandırılması və iştirakçılığı proseslərində inklyuzivliyin təmin edilməsi,Aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin, donor təşkilatlarının məlumatlandırma sessiyalarında iştirakının təmin edilməsi; (şəhər və rayonda təbliğat və məlumatlandırma tədbirləri)",

Proqramın coğrafi xəritəsinin hazırlanması: Potensial hədəf icmaların müəyyənləşdirilməsi və öyrənilməsi; Proqram çərçivəsində reinteqrasiya tədbirləri ilə əhatə ediləcək məcburi köçkün icmaları ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşmışlar və həmin icmalarla nəzərdə tutulan işlərin aparılması üçün onların məskunlaşdığı şəhər və rayonlarda təbliğat və təşviqat tədbirlərinin keçirilməsi planlaşdırılır; Şəhər və rayonların adları: Bakı, Abşeron, Sumqayıt, Oğuz, Qəbələ, Mingəçevir, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Samux, Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Yevlax, Şəki. (Təqribən 20 şəhər və rayonda proqramın coğrafi xəritəsinin hazırlanması ilə bağlı araşdırmaların aparılması ),

Reinteqrasiya tədbirlərinin təşviqi ilə bağlı seminarların təşkili: Hədəf qruplar arasında Böyük Qayıdışa dair I Dövlət Proqramının əhatə etdiyi reinteqrasiya tədbirləri və prinsiplərinin təşviq edilməsi məqsədilə məcburi köçkün icmaları üçün seminarların təşkili; Burada formalaşdırılacaq icma fəaliyyət qruplarının üzvləri, onların məskunlaşdığı yaşayış məntəqələrinin rəsmiləri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəyi nəzərdə tutulur. (Seminarların təşkili.),

İcma səfərbərliyi yanaşmaları: Hədəf məcburi köçkün icmalarının Aktivlər üzrə icma inkişafı və Kənd yerlərinin birgə qiymətləndirilməsi yanaşmalara əsaslanaraq səfərbərliyə cəlb edilməsi. (İcmada səfərbərlik təlimlərinin təşkili.),

İcma iştirakçılığı və gender: İcmalar tərəfindən seçilmiş İcma Fəaliyyət Qruplarının formalaşdırılması; uzunmüddətli icma fəaliyyət planlarının tərtib olunması; fəaliyyətlərin icrasında eyni səviyyədə iştirakını təmin etmək üçün kişi və qadınların bərabər iştirakının təmin edilməsi; (İcma Fəaliyyət Qrupların formalaşdırılması.),

Təlim modullarının hazırlanması (2 ekspertin cəlb edilməsi ilə 1 aylıq xidmət haqqı),

Təlim materialları (hər bir təlim iştirakçısı üçün təlim qovluq paketi (fayl, qeyd dəftəri, qələm, flaşkart, kağız A4, təqdimatlar və s.)) və.s kimi məsələlər daxildir.

Maraqlısı isə bundadır ki, sözgedən QHT Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elan etdiyi tenderdə necə qalib elan edilib?

İnternet resusrslarında apardığımız araşdırmala zamanı bəlli olub ki, Yasin Dadaşov adlı şəxsin sədri olduğu "Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi" İctimai Birlik Azərbaycan Dillər Universitetinin həyata keçirdiyi tədbirdə icraçı rolunu oynamışdır. Sözügedən tədbir Yapon səfrliyi və ADU arasında bağlanmış müqavilə əsasında gerçəkləşmişdir.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2022   Tarix: 14 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b

5 oktyabr
.

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,

5 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

3 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

5 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sentyabrın 11-də keçirilən 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransında şagirdlərin nəticələri və xüsusilə zəif nəticə göstərən uşaqlarla iş məsələsi diqqət mərkəzində olub. Təhsil İnstitutunun təqdimatında ibtidai siniflərdə oxu və riyazi bacarıqlar üzrə müsbət dinamikanın olduğu, baz

5 oktyabr